ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ (7.60) “Tayfasının başçıları ona: “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!” - deyə cavab verdilər”. Bütün zamanlarda haqqa təkəbbürlə yanaşan və Allahın elçilərinə tabe olmaqdan boyun qaçıran varlı tayfa başçıları öz peyğəmbərinə belə dedilər: “Biz hesab edirik ki, sən açıq-aydın azğınlığa düşmüşsən”. Allah onları rüsvay etsin! Onlar peyğəmbərə itaət etməməklə qane olmayaraq, ona qarşı müdhiş ittiham irəli sürdülər və onu azmış adlandırdılar. Hətta bununla da kifayətlənməyərək, onlar onun azğınlığının hər kəsə aydın olduğunu bildirdilər. Həqiqətən də bu – təkəbbürlülüyün ən dəhşətli təzahürlərindən biri idi və belə bir yalandan təkcə son dərəcə düşüncəsiz insanlar istifadə edə bilərdilər. Əsil həqiqətdə isə, azanlar Nuhun həmqəbilələrinin özləri idi ki, öz əlləri ilə cansız materiallardan eşitmək, görmək və xeyir vermək qabiliyyəti olmayan bütlər yonub düzəldərdilər. Onlar o bütləri göyləri Yaradana bərabər tutar və onlara müxtəlif ibadət mərasimləri həsr edərdilər. Əgər onların Allahın dəlillərini görüb tanımalı olduqları və onları bilməməzlik bəhanəsindən məhrum edən ağılları olmasaydı, deyilə bilərdi ki, dəlilər onlardan daha düşüncəli insanlardır. Doğrudan da, dəlilərin əməlləri bu azğınların əməllərindən daha düzgün və dərrakəlidir.