ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ (7.182) “Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!”
(7.183) “Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da (naz-nemət içində yaşadıqları halda gözlənilmədən onları əzabla yaxalamağım da), sözsüz ki, çox ağırdır!” Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) öyüd-nəsihətlərinin həqiqiliyini təsdiq edən Allahın möcüzələrini yalan sayan, onları inkar edən və qəbul etməkdən boyun qaçıran fasiqləri Qüdrət Sahibi elə azdıracağını vəd etmişdir ki, hətta onlar özləri bunu başa düşməyəcəklər. O, onlara bol nemətlər və möhlət verir ki, heç vaxt cəzalandırılmayacaqlarına əmin olsunlar. Belə ki, onlar cinayətlər burulğanının daha dərinliklərinə dalır və özlərini ən sərt cəzaya məhrum edərək küfrlərində və zalımlıqlarında möhkəmlənirlər. Onlar dərk etmədən özlərinə böyük ziyan vurur və bu, bir daha ona dəlalət edir ki, Allahın qurduğu fənd sarsılmazdır.