Əl-maiDƏ (SÜFRƏ)


ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ



Yüklə 2,51 Mb.
səhifə226/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   222   223   224   225   226   227   228   229   ...   317
ﭳ ﭴ ﭵ ﭶ ﭷﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ
(7.180) “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!”
Fövqəluca Allah Öz gözəl adlarını xatırladaraq, Özünün sifətlərinin əzəmətini izah edir. Onun bütün adları gözəldir və onlardan hər biri Onun böyüklüyünə və kamil keyfiy­yətlərinə dəlalət edir. Məhz bu, Allahın adlarını gözəlləşdirir. Əgər onlar Allahın sifətlərini təsdiq etməsəydilər və ancaq boş sözlərdən ibarət olsaydılar, onları gözəl adlandırmaq olmazdı. Əgər onlar kamil sifətləri ifadə etməsəydilər, sadəcə qüsurları və ya eyni zamanda həm tərifə və həm də qınağa layiq olanları göstərsəydilər, onda da onlar gözəl olmazdılar. Lakin Fövqəluca Allahın adları Onun qüsursuz sifətlərini təcəssüm etdirir və dərin məna kəsb edir.

Məsələn, gözəl ad olan Bilən Allahın kamil biliklərə malik olduğunu və onların bütün varlığı və göylərdə və yerdə hətta ən kiçik zərrəcikləri belə əhatə edir. Rəhmli adı Onun bütün varlığı qapsayan böyük lütf sahibi olduğuna dəlalət edir. Qüdrətli adı isə Onun kamil qüdrətə malik və hər cür əməli etməyə qadir olduğunu bildirir.

Allahın adlarının mükəmməlliyi və gözəlliyinin təzahürü həm də qulların öz Rəbbinə onların vasitəsilə dua etməsində özünü göstərir. Belə hərəkətə ancaq namaz zamanı icazə verilir ki, onların vasitəsilə insan Allaha ibadət edir və həmçinin namazda Ona dua edərkən Rəbbinin müvafiq adlarını xatırlaya bilər. Məsələn, namaz qılan belə deyə bilər: “Ey Allah! Məni bağışla və rəhm et, axı Sən – Bağışlayan və Rəhmlisən! Tövbəmi qəbul et, axı Sən – Tövbəqəbuledənsən! Mənə ruzi ver, axı Sən – Ruziverənsən! Mənə rəhm et, axı Sən – Rəhmlisən!”

Allahın adlarını inkar edən azğınlara gəldikdə isə, onlar mütləq cəzalandırıla­caqlar. Burada inkar dedikdə, adların əsil mənasının və təyinatının təhrif edilməsi nəzərdə tutulur. Allahın adlarının inkarı – bu adların layiq olmayanlara qoyulması hesab olunur. Məhz müşriklər belə edirdilər və öz bütlərini Allahın adları ilə adlandırırdılar. Onun adlarının inkar edilməsi və ya onların əsil mənasının təhrif edilməsi və həmçinin, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) təfsirinin ziddinə olan şərhləri Allahın adlarının inkarı sayılır. Məxluqların adlarının Onun adlarına oxşadılması da Allahın adlarının inkar edilməsi hesab edilir. Müsəlman hər vasitə ilə Allahın adlarının inkarının hər hansı bir forma­sından çəkinməlidir və belə davrananları da çəkindirməlidir. Müsəlman yaddan çıxarmamalıdır ki, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Allahın doxsan doqquz adı var, yüzdən bir əskik və kim onların hamısını saya bilsə, Cənnətə girər”.



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin