(7.181) “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər”
ﮄﮅﮆ ﮇﮈﮉﮊﮋ (7.181) “Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər”. Allahın məxluqları arasında kamil keyfiyyətlərə malik və başqalarını da təkmilləşdirməyə can atan şərəfli bir dini icma vardır. Onlar düz yolla gedirlər və ətraflarındakılara da bu yola gəlmələri üçün öyüd-nəsihət verir, haqqı tanıyır və əməllərində ona istinad edirlər. Onlar bunu başqalarını da öyrədir və insanları xeyir işlər görməyə dəvət edirlər. Onlar zəhmətkeşlərin əmlakı, həyatı, öhdəlikləri və rəyləri ilə bağlı hökm çıxaranda ədalətlə davranırlar. Onlar xalqı doğru yolla aparan rəhbərlər, qaranlığı işığıyla yaran məşəllərdir. Onlar – Allahın iman və saleh əməllər əta etdiyi, haqqı təbliğ etməyə və səbirliliyə dəvətə ruhlandırdığı qullarıdır. Onlar məziyyətlərinə görə Allahın elçilərindən sonra gələn sadiq salehlərdir, lakin onların arasında müəyyən fərqlər vardır və müxtəlif dərəcələrə sahibdirlər. İstədiyinə mərhəmət göstərən Allah Pak və Ucadır! Həqiqətən, O, böyük mərhəmət Sahibidir!