Əl-maiDƏ (SÜFRƏ)


ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ



Yüklə 2,51 Mb.
səhifə285/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   281   282   283   284   285   286   287   288   ...   317
ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ
(8.49) “O zaman münafiqlər və ürəklərində mərəz (etiqad zəifliyi və islama qarşı şəkk-şübhə) olanlar: “Bunları (müsəlmanları) öz dinləri aldatdı!” – deyirdilər. Lakin Allaha təvəkkül edən (qalib olar). Çünki Allah, həqiqətən, Yenilməz Qüvvət Sahibidir, Hikmət Sahibidir!”
Münafiqlər və qəlbində şübhə olanlar az qüvvə ilə çoxsaylı düşmənə qarşı döyüşə girən möminlər haqqında dedilər: “Bu insanların öz dini onları çıxa bilməyəcəkləri ağır vəziyyətə saldı”. Onlar möminlərə qarşı öz nifrətamiz münasibətlərini belə bildirməklə onların düşüncəsizliyini qabartmaq istəyirdilər. Lakin Allaha and olsun ki, onların özləri düşüncəsiz və ağılsız adamlardı. Din insana, əzəmətli ordunun belə cəsarət etmədiyi, təhlükəli qərar qəbul etməyə təkan verə bilər, çünki mömin həmişə Allaha təvəkkül edir və bilir ki, insan təkcə Onun sayəsində güc və qüvvə sahibi olur. Mömin bilir ki, əgər bütün məxluqlar birləşib bir insana, heç olmazsa, bir zərrə qədər yaxşılıq etməyə çalışsalar, Allah istəməsə, onu edə bilməzlər və əgər bütün yaradılmışlar birləşib ona pislik etmək istəsələr, Allahın onun üçün müəyyən etdiyi qədər çərçivəsindən başqa pislik edə bilməzlər. Mömin bilir ki, o, haqqa etiqad edir və Allahın qədəri müdriklik və mərhəmət təcəssümüdür. Məhz buna görə o, qəlbində həyəcan keçirmədən istənilən düşmənlə onun gücündən və çoxsaylılığından asılı olmayaraq döyüşə girir. O, qəti surətdə öz Rəbbinə inanır və qorxu və cəsarətsizliyin nə olduğunu bilmir. Mömin çox yaxşı başa düşür ki, heç kim Allaha üstün gələ bilməz və Onun hər hansı hökmü hikmətinə əsaslanır.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   281   282   283   284   285   286   287   288   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin