ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ
(8.47) “(Ey möminlər!) Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (Məkkə müşrikləri) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır!”
Onlar evlərini təkəbbürlə tərk edərək, hədsiz lovğalıqları üzündən səfərə çıxmışdılar. Onlar ad-san qazanmağa can atır və özlərini göstərmək istəyirdilər ki, sonradan qalan adamların qarşısında öyünsünlər. Bununla yanaşı onlar daha mühüm bir məqsəd də güdürdülər: onlar Allahın yolu ilə getmək istəyənləri bu yoldan azdırmağa hazırlaşırdılar.
Ey müsəlmanlar! Allah müşriklərin etdiyi hər şeyi bilir. O Özü onların əsil niyyətləri haqqında sizə xəbər vermişdir və sizə onlara bənzəməyi qadağan etmişdir, çünki onlar hökmən ən sərt cəza alacaqlar. Əgər siz səfərə çıxırsınızsa, bunu səmimiyyətlə Fövqəluca Allah xatirinə edin. Onun dininin şan-şöhrətini artırmağa çalışın, insanları Allahın qəzəbinə səbəb olan və onları cəzalanmaya məhkum edən əməllərdən çəkindirin; ətrafınızdakıları Rəbbin Cənnətinin Səadət bağlarına aparan düz yoluna cəlb edin.
Dostları ilə paylaş: |