ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ
(8.48) “O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi.
Şeytan müşriklərin qəlbində pis əməlləri bəzəyərək onlara demişdi: “Bu gün insanlardan heç kim sizə üstün gələ bilməz. Siz həm sayca çoxsunuz və həm də döyüşə yaxşı hazırlaşmısınız. Muhəmməd və onun səhabələri sizə müqavimət göstərə bilməzlər. Mən sizin yanınızda olacağam və çalışacağam ki, sizin ehtiyat etdiyiniz adamlardan heç biri sizə qarşı vuruşmasın”.
İblis qureyşlilərin yanına Suraki b. Malik b. Cuşumun simasında gəlmişdi. O, əvvəldən qureyşlilərlə düşmənçilik edən Mudlac qəbiləsindən idi. Onlar qorxurdular ki, Mudlac qəbiləsi də müsəlmanların tərəfində onlara qarşı döyüşə bilər və belə olduqda şeytan onlara dedi: “Mən sizin yanınızda olacağam. Sakit olun və öz qələbənizə inanın”. Müsəlmanlar və kafirlər uzaqdan bir-birilərini görən kimi, şeytan Cəbrailin mələkləri necə sıraya düzdüyünü gördü. O, bərk qorxuya düşdü, geriyə dönərək, aldadılmış qureyşlilərə dedi: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən müqavimət göstərilməsi mümkün olmayan mələkləri görürəm. Mən qorxuram ki, Allah məni bu dünya həyatında tezliklə cəzalandırsın, axı O, cəza verməkdə çox sərtdir”.
Ola bilsin ki, şeytan qureyşliləri azdıraraq onlara yaramaz fikirlər təlqin edir ki, heç kim onları məğlub edə bilməyəcək və onların qonşuluğunda müttəfiqləri də vardır və onlar hələ döyüş meydanına gəlib çatmayıblar. Sonra şeytan geriyə dönüb onlardan uzaqlaşdı. Bununla əlaqədar olaraq Fövqəluca Allah buyurmuşdur: “Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!”– deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyir. Onların hər ikisinin aqibəti atəş içində əbədi qalmaqdır. Zalımların cəzası budur86. (Həşr, 59/16-17).
Dostları ilə paylaş: |