Əl-maiDƏ (SÜFRƏ)


ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ



Yüklə 2,51 Mb.
səhifə306/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   302   303   304   305   306   307   308   309   ...   317
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ

(8.74) “İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacir­lərə) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar həqiqi möminlərdir. Onları (Axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”

(8.75) “Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, va­rislik baxı­mın­dan) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi Biləndir!98”.
Bunlardan əvvəlki ayələrdə iman gətirmiş mücahidlər və ənsarlar arasında olan məhəbbət və dostluqdan bəhs edilirdi. Bu ayələrdə isə Allah onları tərifləyir və onların mükafatlandırıla­cağından danışır. O, mühacirləri və ənsarları həqiqi mömin adlan­dırır, çünki onlar hicrət etməklə, Onun dininə yardım göstərməklə, bir-birini sevməklə və düşmənləri olan kafirlərə və münafiqlərə qarşı döyüşməklə öz imanlarını təsdiq etdilər. Allah onların günahlarını və nöqsanlarını bağışlamış və Səadət bağlarında onlar üçün böyük mükafat hazırlanmışdır. Onların bəziləri bu dünyada da mükafat almışdır ki, bu onlara ləzzət vermiş, ürəklərinə rahatlıq və əminlik gətirmişdir. Eyni şey mühacirlərdən və ənsarlardan sonra İslamı qəbul edən və sədaqətlə onların yolu ilə gedən iman sahiblərinə də aiddir. Onlar da iman gətirərək hicrət etdilər və cihada qoşuldular. Onlar da möminlərdən oldular, onlara da mücahidlərə və ənsarlara verilən vəzifələrdən həvalə edildi, onların da mühacirlər və ənsarlar kimi mükafat almaq haqqı var idi.

Dini qardaşlıq ilk müsəlmanların həyatında mühüm yer tuturdu. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) mühacirləri və ənsarları xüsusi bir qaydada qardaşlaşmaya dəvət etmişdi və onların bu qardaşlığı dini qardaşlıqdan daha böyükdü. Onlardan bəziləri hətta bir-birinin əmlakına varis də olurdular və onda Fövqəluca Allah xəbər verir ki, qan qohumları­nın irsə daha çox haqqı var. Miras, onda müəyyən paya haqqı olan (zul fəraid) qohumlar arasında bölünməlidir, əgər belə qohumlar yoxdursa, onda o, digər ən yaxın qohumlara çatmalıdır. Allahın hökmü belədir. O, Öz qulları barədə hər şeydən tam xəbərdardır və nazil etdiyi qanunlar onların ehtiyaclarına tamamilə uyğun gəlir.




Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin