ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(8.72) “Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən mühacirlər və sığınacaq verib köməklik göstərən ənsarlar – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir camaat əleyhinə yardım istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür”.
Fövqəluca Allah haqq dini qəbul etmiş və Onun yolunda hicrət etmiş, Onun və Onun yolunda müqəddəs müharibə xatirinə doğma yurdlarını tərk etmiş mühacirlərlə və Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrinə sığınacaq vermiş, öz evlərini, var-dövlətini və hətta həyatını belə qurban vermiş ənsarlar arasında məhəbbət və dostluq yaratmışdı. Bu müsəlmanlar əsil dostlar və köməkçilər idilər, çünki onların imanı kamil və onları bir-biri ilə bağlayan əlaqə möhkəm idi.
İman gətirib, amma Mədinəyə hicrət etməyənlərə gəldikdə isə, onlar mücahidlərin və ənsarların yardımına arxalanmamalı idilər, çünki onlar müsəlmanların köməkçilərə kəskin ehtiyac duyduqları bir vaxtda özlərini kənara çəkmişdilər. Onlar hicrət etməmişdilər və müsəlmanların onlara yardım göstərməsinə və himayə etməsinə hələ layiqincə nail olmamışdılar. Buna baxmayaraq, əgər onlar möminlərdən din xatirinə vuruşduqları düşmənlərinə qarşı mübarizədə kömək istəsəydilər, müsəlmanlar köməyə gəlməli və onlarla birlikdə döyüşməliydilər.
Yox, əgər hicrət etməmiş müsəlmanlar dünyəvi məqsədlərə nail olmaq xatirinə müharibə apararlarsa, onda digər müsəlmanlar onların tərəfində vuruşmamalı və onlara kömək etməməlidirlər. Onlar həmçinin, müsəlmanlarla sülh müqaviləsi imzalamış rəqibləri ilə müharibə aparan hicrət etməmiş insanların tərəfində də döyüşməməlidirlər. Allah insanların etdiyi bütün əməlləri görür və onların tutduqları işlərə müvafiq olaraq hökmlər nazil edir.
Dostları ilə paylaş: |