İsrail əfsanələri – qədim İsrail qaynaqlarından götürülmüş yazılı və ya şifahi rəvayət edilən hadisə və hekayətlərdir. İsrail Quranda öz əksini tapmış on iki yəhudi nəslinin atası olan Yəqub peyğəmbərin (əleyhissalamın) adı və ya ləqəbidir. Yəhudilər bəni-İsrail (İsrail oğulları) kimi tanınırlar. İbranicə olan “İsrail” sözü “isra” (“qul”) və “İl” (Allah) sözlərinin birləşməsindən törəmişdir və “Allahın qulu” mənasını ifadə edir. Bəzi təfsirlərə salınmış “İsrail əfsanələri” adlandırılan hekayətlər, bu sözün lüğəvi mənasının nəyə dəlalət etməsindən və, ümumiyyətlə, yəhudi, xristian və digər dinlərə məxsus mədəniyyət izləri kimi, yaxşı və ya pis məqsədlə uydurulmasından asılı olmayaraq, Allahın Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrinə və onlardan sonrakı nəsillərə aid edilən hər cür xəbərlərdən ibarətdir. Bu əfsanələri təkcə yəhudi mədəniyyətinin qalıqları kimi ifadə etmək yanlış olardı Qeydlər “Şamil İslam Ensiklopediyasından (Türkiyə Respublikası internet nəşri) əxz edilmişdir. Tərc. F.S.
3 Rus dilində iki irihəcmli cilddə olan əsər türk dilində hər biri yeddi yüzdən artıq səhifəlik beş cildə yerləşmişdir. Ehtimal edirəm ki, Azərbaycan dilində 6 və ya 7 cild həcmində olacaq inşallah! Tərc. F.S.