Əl-maiDƏ (SÜFRƏ)


ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ



Yüklə 2,51 Mb.
səhifə51/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   47   48   49   50   51   52   53   54   ...   317
ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ
(5.54) “Ey iman gətirmişlər! Əgər sizlərdən kimsə öz dinindən geri çəkilərsə, Allah əvəzində başqalarını gətirər, onları sevər və onlar da Onu sevərlər. Onlar möminlərin qarşısında müti, kafirlərin qarşısında isə sarsılmaz olarlar, Allah yolunda döyüşər və qınayanların qınağından qorxmazlar. Budur Allahın neməti, onu istədiyinə bəxş edər. Allah Hərşeyiəhatəedən və Biləndir”.
Fövqəluca Allah bildirir ki, O, yaratdıqlarına qətiyyən möhtac deyil və buna görə, dinindən imtina edən insan Allaha heç bir zərər vurmur, ancaq özü özünə zərər verir. Çoxsaylı səmimi qullar və doğruçu insanlar var ki, Mərhəmətli və Rəhmli Rəbb onları düz yolla aparacağına söz vermişdir. Bu insanlar ən qüsursuz keyfiyyətlərə, ən mətin qəlbə və ən gözəl mənəvi simaya malikdirlər. Onların ən yaxşı cəhəti Allahın onları sevməsi və onların da Onu sevməsidir. Allahın quluna bəslədiyi məhəbbəti, doğrudan da, ən şərəfli lütfkarlıqdır ki, ona göstərilir və ən böyük qiymətdir ki, ona verilir.

Allah Öz qulunu sevdikdə, onun qarşısında geniş imkanlar açılır və Allah onun hər çətin işini asanlaşdırır, onu xeyirxah əməllərə ruhlandırır, qınanılan əməllərdən çəkindirir və qullarının qəlbini Ona məhəbbət və dostluq münasibəti ilə doldurur.

Lakin öz Rəbbinin məhəbbətini qazanmaq üçün qul bütün varlığı ilə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməli, nitqində, əməllərində və rəftarında ona (ona Allahın salavatı və salamı olsun!) bənzəməlidir. Bu barədə Quranda deyilir: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayan­dır, Rəhmlidir” (Ali-İmran, 3/31).

Allahın məhəbbətinə layiq olmaq üçün qul daima vacib və könüllü saleh əməllər vasitəsilə Ona yaxınlaşmalıdır. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhih hədislərinin birində rəvayət edilir ki, Allah buyurmuşdur: “Qulumun onların vasitəsilə Mənə yaxın­laşdığı ən sevimli əməlləri, Mənim ona həvalə etdiklərimdir. Könüllü ayinləri yerinə yetirməsi sayəsində Mənim qulum Mən onu sevənədək Mənə yaxınlaşmaqda davam edir. Mən onu sevdikdə isə, Mən onun eşitdiyi qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı oluram. O Məndən bir şey istədikdə, Mən ona hökmən əta edirəm. Əgər o Mənim himayəmə sığınarsa, Mən hökmən onu qoruyaram”.

Allahın məhəbbətinə layiq olmaq üçün Onu dərk etmək və Onu tez-tez xatırlamaq lazımdır. İnsan Allahı dərk etmədikcə onun Ona bəslədiyi məhəbbəti kamil olmur. Daha doğrusu, onda belə məhəbbət heç yoxdur, halbuki o bunun əksini iddia edir. Lakin, əgər insan Allahı həqiqətən sevirsə, o hökmən Onu tez-tez yadına salacaq və əgər Allah Öz qulunu sevərsə, O, ondan ən cüzi əməllərini belə qəbul edəcək və onun çoxlu səhvlərini və günahlarını bağışlayacaqdır.

Belə qulların keyfiyyətlərindən biri də onların möminlərə qarşı mülayim və kafirlərə qarşı sarsılmaz olmalarıdır. Onlar iman sahiblərinin qarşısında özlərini uca tutmur, çünki onları sevir və onlara səmimiyyətlə xeyirxahlıq arzulayırlar. Onlarla ünsiyyətdə yumşaq, xeyirxah, iltifatla, mərhəmətlə davranır, güzəştə gedir və möminlər onlardan istədiklərinə əziyyətsiz nail olurlar. Amma Allahı inkar edən, Onun ayələrinə qarşı çıxan, Onun elçilərini yalançı sayan kafirlərlə münasibətlərində sərt və sarsılmaz olurlar. Onlar belə fasiqlərlə qətiyyətlə mübarizə aparmağa hazırdırlar və əllərindən gələni edirlər ki, onların üzərində qələbə çalsınlar.

Fövqəluca Allah buyurur: “Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin...!” (Ənfal, 8/60).

Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allah­dan riza və lütf diləyən görərsən...” (Fəth, 48/29).

Allahın düşmənlərinə qarşı sərtlik qulu Ona yaxınlaşdıran keyfiyyətlərə aiddir, çünki o, öz Rəbbi ilə birlikdə onlara qəzəblənir. Lakin kafirlərə qarşı sərt münasibət və sarsılmazlıq, müsəlmanlara bu insanları İslam dininə ən layiqli tərzdə dəvət etməyə mane olmamalıdır. Müsəlmanlar kafirlərə qarşı sərt münasibətlərini dəvət zamanı müsahibə­lərdə onlara yumşaq yanaşmaqla uzlaşdırmalıdırlar, çünki bu keyfiyyətlərin ikisi də zəruri və faydalıdır.

Sonra Fövqəluca Allah xəbər verir ki, möminlər öz var-dövlətini qurban verərək və öz həyatlarını risqə ataraq Onun yolunda vuruşurlar. Onlar bu mübarizəni sözlə və əməlləri ilə aparırlar və onları qınayanların məzəmmətindən çəkinmirlər. Əksinə, onlar ancaq öz Rəbbinin lütfkarlığına can atır və Onun məxluqlarının qınağından daha çox, Onun Öz qınağından qorxurlar. Bu, onların məqsədyönlülüyü və qətiyyətli əzmkarlığına dəlalət edir, əks halda, ətrafdakılar qorxaq insanları qınadıqda onlar cəsarətdən məhrum olur, gücdən düşürlər. Onların ürəklərində məxluqların qarşısında əyilmək hissi yaşayır ki, bunun dərəcəsi isə onların insanların rəyinə bəslədikləri diqqətdən və insanların onları bəyənib və ya qınamalarından asılı olur. İnsan Allah xatirinə məzəmmət edənlərin qınağından ehtiyat etməsinə son qoyanadək, öz qəlbini məxluqlar qarşısında baş əyməkdən təmizləyə bilməz.

Fövqəluca Allah möminləri Özünün bəxş etdiyi və onlara bu ayədə xatırlanmamış digər xeyirxah əməllər işlətməyi həvalə edən gözəl və yüksək keyfiyyətlərinə görə təriflədikdən sonra, bildirir ki, bütün bunlar Allahın onlara göstərdiyi mərhəmətidir. Möminlər özlərini aldatmamalı, onlara əzəmətli lütfkarlığını göstərmiş Allaha həmd etməlidirlər və əgər onlar şükür etsələr, O, onlara daha böyük nemətlər bəxş edər. Bütün qalan insanlar isə bilməlidirlər ki, onlar Fövqəluca Allahın mərhəmətini qazanmaq imkanından məhrum edilməmişlər. Allah nemətini istədiyi kəsə bağışlayır.

O, hədsiz-hüdudsuz səxavətə malikdir. O, Öz rəhmi ilə bütün varlığı qaplayır və Öz sevimli qullarını başqalarına layiq görmədiyi mərhəməti ilə himayə edir. O, kimin Onun mərhəmətinə layiq olduğunu bilir və O, onu onlara bəxş edir. Allah kimin peyğəmbərliyi layiqincə yerinə yetirəcəyini və kimin də Onun peyğəmbərlərinin ardınca getməyə layiq olacaqlarını çox gözəl bilir.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin