Əl-maiDƏ (SÜFRƏ)


(7.45) “O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər və Axirətdə də inkar edərlər!”



Yüklə 2,51 Mb.
səhifə141/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   137   138   139   140   141   142   143   144   ...   317
(7.45) “O kəslər ki, insanları Allah yolundan döndərər, onu (Allah yolunu) əyri hala salmaq (əymək) istəyər və Axirətdə də inkar edərlər!”
Möminlərin və günahkarların onlar üçün təyin olunmuş məskənlərə girəcəklərini və Allahın elçilərinin öncədən xəbər verdikləri və Səma Kitablarının bəyan etdikləri mükafatların və cəzaların həqiqiliyinə əmin olduqlarını xatırlatdıqdan sonra Fövqəluca Allah xəbər verir ki, Cənnət sakinləri Cəhənnəmdə əzab çəkənlərə müraciət edəcəklər: “Bizə deyilmişdi ki, iman və saleh əməllər sayəsində biz Cənnət bağlarına layiq görüləcəyik və biz doğrudan da Cənnətə düşdük və bizə vəd edilən hər şeyi öz gözümüzlə görüb doğruluğuna əmin olduq. Siz də kafirliyə və itaətsizliyə görə sizə bütün vəd edilənlərin doğru olduğuna əmin oldunuzmu?” Onlar belə cavab verəcəklər: “Bəli, biz də Allahın vədinin doğruluğuna əmin olduq”.

Tamamilə bütün məxluqlar Allahın vəd etdiyinin həqiqili­yinə əmin ola biləcəklər və heç kim buna şübhə edə bilməz. Kimin sözü Allahın sözündən daha doğru ola bilər? İnsanlar Onun sözünün doğruluğuna şübhə etməkdən əl çəkəcəklər və Onun vədinin gerçəkliyini öz üzərlərində hiss edəcəklər. Bax, məhz onda möminlər sevinəcək və şadlıq etməyə başlayacaq, kafirlər isə hər cür xeyirxahlığa bəslədikləri ümidlərini itirəcəklər və etiraf etməli olacaqlar ki, onlar həqiqətən dəhşətli cəzaya layiqdirlər. Bu etiraf baş verdiyi zaman carçı Cənnət sakinlərinə və Cəhənnəm əzabkeşlərinə car çəkib xəbər verəcək ki, bundan sonra zalım günahkarların üzərində Allahın lənəti bərqərar olacaq. Onlar hər cür nemətlərdən və gözəlliklərdən sonsuzluğa qədər uzaq olacaq­lar, çünki Allah əvvəlcədən onların qarşısında Öz mərhəmətinin qapılarını açmışdı, lakin onlar zalımcasına rəftar etdilər, onlardan üz çevirdilər, doğru yolla getməyi rədd etdilər və hətta ətrafların­dakıları da bundan çəkindirdilər. Onlar özləri azğınlığa düşmüş­dü­lər və bir çoxlarını yoldan sapdırdılar.

Fövqəluca Allah istəyirdi ki, insanlar doğru yolla getsinlər, onlar isə onu təhrif etməyə cəhd göstərirdilər və insanlara o yolu tapmaqda maneçilik göstərirdilər. Bununla yanaşı onlar Axirət həyatına iman gətirməyi rədd edirdilər. Məhz ona inanmama, cəzalanacaqla­rın­dan qorxmamaqları və mükafat alacaqlarına ümid bağlamaları onları düz istiqamətdən çıxmağa və öz günahkar ehtiraslarına uymağa təhrik etdi. Əgər kafirlər lənətə layiq görülür­lərsə, onda möminlər Allahın mərhəməti sayəsində saysız-hesabsız nemətlərlə mükafatlandırılacaqlar. Bu ayənin mənası budur.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin