(7.47) “Onların nəzərləri Cəhənnəm əhlinə çevrildiyi zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” - deyərlər”. Hasar üstündəki insanlar Cəhənnəm sakinlərinə tərəf çevrilib baxanda, onlar dəhşətə gəldikləri çox çirkin bir mənzərə görür və ucadan belə deyirlər: “Ey Rəbbimiz! Bizi zalım insanlarla bir yerə salma!”
Cənnət sakinlərini gördükdə isə tezliklə onlarla birləşməyi arzulayır və onları salamlayırlar. İradələrinin əleyhinə olaraq baxışları Cəhənnəm sakinləri ilə rastlaşdıqda, onlarla hər hansı bir əlaqəyə girməyi heç ağıllarına belə gətirmirlər.