ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ (7.53) “Onlar (kafirlər) ancaq aqibətimi (Kitabın xəbər verdiyi aqibətimi) gözləyirlər? Onun xəbər verdiyi aqibət (Qiyamət) gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: “Doğrudan da, Rəbbimizin elçiləri (bizə) haqqı gətirmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərinə ziyan etdilər. Uyduqları (bütlər də) onlardan uzaqlaşıb qeyb oldu”. Ayədə “təvil” (“şərh”) sözü “peyğəmbərliyin həyata keçirilməsi” kimi59 tərcümə edilmişdir. “Təvil” sözü həmçinin Yusufun (ə) peyğəmbəranə yuxusu gerçəkləşən zaman onun (ə) dediyi sözdə öz əksini tapmışdı: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur!...”(Yusuf, 12/100).
Doğrudanmı kafirlər Quranda deyiləndən başqa bir şeyin icra olunacağını gözləyirlər? Bu vəhy edilənlər yerinə yetirilməyə başladıqda, Axirət həyatını unutmuş kafirlər törətdikləri əməllərə görə çox təəssüflənəcək və əfv olunmalarını diləyəcəklər. Onlar dərk edəcəklər ki, elçilərin təbliğ etdikləri doğruymuş. Lakin heç kimin şəfaəti artıq onlara fayda verməyəcək və heç kim onları artıq dünya həyatına qaytarmayacaq. Bu, sadəcə mümkün olmayacaqdır.
Hətta onların geri qaytarılacaqları halda yaxşılıq edəcəkləri haqqında vədləri yalan olacaqdır, çünki onların yeganə arzusu onları yaxalamış müsibətdən xilas edilmək olacaqdır. Fövqəluca Allah bununla əlaqədar buyurur: “Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!” (Ənam, 6/28).
Kafirlər hələ bu dünya həyatında ikən özlərini itirəcəklər, çünki onlar uğur qazanmağı bacarmadılar və özlərini məhvə məhkum etdilər. Onların ziyanı, var-dövlətindən və övladlarından məhrum olmuş şəxslərin ziyanından fərqlənəcəkdir. Bu, elə bir ziyan olacaq ki, ondan sonra artıq dirçəlmək mümkün olmayacaqdır. Onları dünya həyatında bütün uydurduqları “havadarları” və ümid bəslədikləri tərk edəcəkdir. Şeytan onlara çox şey vəd etmişdi və bunun sayəsində onlar törətdikləri əməllərə görə hətta təsəvvür edə bilməyəcəkləri aqibətə düçar edilmişdilər. Ancaq öldükdən sonra onlar azğınlığa qapıldıqlarına və elçilərin bütün təbliğ etdiklərinin doğruluğuna əmin oldular.