Əl-maiDƏ (SÜFRƏ)


ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾﯿﰀﰁﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ



Yüklə 2,51 Mb.
səhifə145/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   141   142   143   144   145   146   147   148   ...   317
ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽﯾﯿﰀﰁﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ
(7.50) “Cəhənnəm əhli cənnət əhlinə müraciət edib: “Üstü­müzə bir az su tökün və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” – deyəcək. Onlar isə: “Doğrusu, Allah bunları kafirlərə haram buyurmuşdur!” – deyə cavab verəcəklər”.

(7.51) “O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları aldatmışdı və onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi Biz də onları bu gün unudarıq!”

(7.52) “Həqiqətən, Biz onlara (Məkkə müşriklərinə və kafirlərinə) elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək üçün mükəmməl) bir Kitab (Quran) gətirdik”.
Cəhənnəm sakinlərinin əzabı ən yüksək həddə çatdıqda, onlar dözülməz aclıq və son dərəcə bərk susuzluq çəkdikdə, onlar kömək üçün Cənnət əhlinə müraciət edəcəklər: “Bir az üstümüzə su səpin və Allahın sizə əta etdiyi yeməyi bizimlə bölüşün”. Lakin Cənnət sakinləri deyəcəklər: “Allah sizə kafir olduğunuz üçün Cənnət yeməklərini və içkilərini qadağan etmişdir”.

Günahkarların Allahın ayələrinə iman gətirməkdən boyun qaçırmalarının və onlara layiqincə etiqad etmələri əmr olunmuş və buna görə bol-bol mükafatlar vəd edilmiş dini əyləncəyə və oyuncağa çevirmələrinin əvəzi bax belə olacaqdır. Bir şərhə görə, onlar dinə laqeyd yanaşdılar, ondan üz döndərdilər və hətta onu məsxərəyə qoydular. Digər bir şərhə görə isə onlar dini hökmləri oyun-oyuncağa və əyləncəyə çevirib düz yoldan çıxdılar. Dünya həyatı öz gözəllikləri bər-bəzəyi və həmçinin təkcə maddi nemət­lərdən zövq almağa çağıranların çoxsaylılığı ilə onları azdırdı. Son nəticədə, onlar maddi nemətlərlə qane olaraq əylənməyə və şadyanalıq etməyə başladılar, Axirət həyatından üz döndərdilər və onu unutdular. Buna görə Allah da onları unudacaq və işgəncəli cəzaya məruz qoyacaqdır. Onlar özlərinə qarşı belə münasibətə özləri özlərini layiq etdilər, çünki dirildiləcəklərini yada salmadı­lar, sanki onlar təkcə yer üzündə yaşamaq üçün yaradılmışdılar, sanki qarşıda onları əvəz veriləcəyi Gün gözləmirdi.

Bununla yanaşı onlar Allahın ayələrini inkar etdilər, özü də bu rəftarları ayələrin nöqsanlı və yanlış olmasına görə deyildi. Əksinə, Allah onların vasitəsilə məxluqların ehtiyac duyduqları bütün bilikləri onlara izah etmişdi. Allaha müxtəlif zamanlarda və müxtəlif ölkələrdə yaşayan insanların vəziyyəti məlum idi. Ona Onun məxluqları üçün nəyin yararlı və nəyin yararsız olması məlum idi. Onun nazil etdiyi açıqlamalar, ətrafda nə baş verdi­yindən xəbəri olmayanların, haqqın bir hissəsinə belə sahib olmayanların və düzgün qərar qəbul etməyi bacarmayanların izahına bənzəmirdi. Əksinə, bunlar Hərşeydənxəbərdar olan Rəbbin izahları idi, o Rəbbin ki, Ona bütün şeylər agahdır və Onun mərhəməti bütün məxluqları əhatə edir.

O, Öz Kitabını iman gətirənlər üçün Doğru Təlimat və rəhmət mənbəyi etmişdir ki, bunun sayəsində insanlar doğru yolu azğınlıqdan və həqiqəti isə yalandan ayırd etməyi öyrənmişlər. Kitab onlar üçün nemətlərin ən əzəmətlisi olmuşdur: o, onlara həm bu dünyada və həm də Axirət həyatında nəhəng faydalar və xoşbəxtlik gətirir və onun sayəsində onlar azğınlıqdan və bədbəxtliklərdən xilas olurlar.

Layiq olduqları cəzanı dadmış günahkarlar Kitaba iman gətirməkdən, onun hökmlərini yerinə yetirməkdən və qadağaların­dan çəkinməkdən boyun qaçırdılar. Buna görə onlar Quran ayələrinin xəbərdar etdiyi əziyyətlərə məhkum edildilər.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin