ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ (7.55) “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” Hər bir dərrakəli insanı Özünün məxluqlarının ehtiyaclarını təmin etməyə qadir Vahid Allah olmasına əmin edən Əzəməti haqqında xatırladıqdan sonra, O, Ona dua edilməsini buyurur. Bu hökm insanın Ona xahişlə müraciət etdiyi dualara və ya Allah qarşısında ibadət etdiyi namaza şamil edilir. O, Ona mütiliklə, təkidlə və gizli61 dua etməyi buyurur. Dua camaatın gözü qarşısında, özünü ətrafdakılara nümayiş etdirmək məqsədilə deyil, tənhalığa çəkilərək, öz əməlini təkcə Allaha həsr etməklə yerinə yetirilməlidir. Həqiqətən, O, yol verilən hədləri bütün hallarda aşanları sevmir.
Bu hallara həm də Allahın qulunun ona məxsus olmayan şeyləri xahiş arzu etməsi, ümidsizləşərək Allaha dua etməkdən çəkinməsi və ya Ona uca səslə müraciəti aid edilir. Bütün sadalanan bu hərəkətlər qadağan edilmişdir.