ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ (7.58) “Təmiz (torpağı münbit) bir məmləkətin bitkiləri Rəbbinin iznilə (bol, vaxtında) çıxar. Pis (torpağı qeyri-münbit) bir məmləkətin bitkiləri isə yalnız çox çətinlikdə (özü də az) yetişər. Biz ayələrimizi (nemətlərimizə) şükür edən bir tayfa üçün belə müfəssəl izah edirik”. Fövqəluca Allah müxtəlif torpaq sahələri arasında, onların hər birisinə yağış yağmasına baxmayaraq, fərqin olması barədə xəbər verir. Yağış münbit və bərəkətli torpağa yağdıqda, orada müxtəlif bitkilər tez yetişir. Bu, Allahın iradəsi ilə belə baş verir, çünki Kainat qanunları müstəqil deyil, ancaq Onun razılığı ilə təsir göstərirlər. Yağış qeyri-münbit torpağa düşdükdə isə onun üstündə çox az miqdarda bitkilər bitir ki, nə fayda, nə də xeyir gətirmir.
Allah Öz ayələrini yaxşılıq bilən insanlar üçün bu minvalla izah edir. O, ayələr nazil edir, onlarını mənalarını açıqlayır və Onun nemətlərini etiraf edən və Onun lütfkarlığını qazanmaq ümidi ilə onlara bəxş edilmiş nemətlərdən başqaları üçün sərf edən insanlar üçün nəzərdə tutulan ibrətamiz hekayətlər nəql edir. Onlar Onun Kitabında izah etdiyi hökmlərdən faydalanırlar, çünki Quran ayələrini Rəbbin onlara bəxş etdiyi ən böyük neməti sayırlar. Onlar Quranın vəhylərinə öz ehtiyacları olduğunu dərk edir, onu sevinclə qarşılayır və onların mənası üzərində düşünürlər və bu məna onların qarşısında, buna yaxşıca hazır olmalarından asılı olaraq, açılır.
Bu ayədə Allah qəlbləri torpaqla62 müqayisə edir. Qəlblər həyat mənbəyi olan Vəhylə nurlandıqları kimi, torpaq da həyat mənbəyi olan yağış suyu ilə suvarılır. Vəhy xeyirxah qəlbə nazil olduğu kimi, sonuncu onu qəbul edir, öyrənir və öz bəhrəsini verir və bütün bunlar vəhyin düşdüyü zəminin kamil və gözəl olmasından asılıdır. Əgər o, xeyirxahlığın olmadığı pis qəlbə nazil olursa, o, onu qəbul etmir, ona laqeyd qalır, ondan üz döndərir və hətta ona müqavimət göstərir. Bu halda ondan gələn fayda da təzəyin, çay daşının və ya qayanın üstünə yağan yağışdan əldə ediləcək faydadan çox olmaz. Fövqəluca Allah buyurur: “Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı. (Sudan əmələ gələn) sel, üstünə çıxan bir köpünü alıb apardı. (Haqq din olan islam insanlara, torpağa həyat verən suya, müşriklərin etiqadı isə boş köpüyə bənzər). Bəzək şeyləri və ya əşya (qab-qacaq) düzəltmək məqsədilə insanların od üzərində qızdırıb əritdikləri (qızıl, gümüş və s. filizlərin) üstündə də buna bənzər bir köpük vardır. Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!” (Rəd, 13/17).