ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ (7.70) “(Hud tayfasının kafirləri) dedilər: “Sən bizə yalnız Allaha ibadət etməyimiz və atalarımızın tapındıqları bütlərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizi qorxutduğun (bizi təhdid etdiyin əzabı) bir gətir görək!”
Kafirlər göstərmək istəyirdilər ki, onlar onun (ə) öyüd-nəsihətlərindən heyrətləniblər və heç vaxt ona (ə) itaət etməyəcəklər. Onlar deyiblər: “Doğrudanmı sən bizim yanımıza gəlmişsən ki, biz bir Allaha ibadət edək ata-babalarımızın ibadət etdikləri bütlərdən əl çəkək?” Allah onları rüsvay etsin! Onlar hökmlərin ən mühüm və əlasını onların ata-babalarının getdiyi yolla müqayisə etməyə cəsarət etdilər. Onlar şərik qoşmadan Tək Allaha ibadət etməkdənsə, yollarını azmış atalarının pərəstiş etdikləri müşrikliyə və bütpərəstliyə etiqad göstərməyi üstün tutdular. Onlar öz peyğəmbərini (ə) yalançı sayaraq dedilər: “Əgər sən doğrudan da düz danışırsansa, qoy onda sənin bizi qorxutduğun şey bizim başımıza gəlsin!” Onlar öz zərərlərinə olaraq Allahdan onlarla Onun peyğəmbəri (ə) arasında olan mübahisəni həll etməyi xahiş etdilər.