ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ (7.72) “Beləliklə, onu (Hudu) və onunla birlikdə olanları (iman gətirənləri) Öz mərhəmətimizlə (əzabdan) xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik”. Allah Öz mərhəməti sayəsində Hudu və onunla birgə iman gətirənləri xilas etdi. O, onlara imana gəlməyə yardım göstərdi və onlar iman ilə Onun mərhəmətinə və qurtuluşa nail oldular. Onun ayələrini yalan hesab edən kafirlər isə tamamilə məhv edildilər. Onlar çox sərt cəzaya düçar edildilər və heç kimə ondan canını qurtarmaq müyəssər olmadı. Allah onların üstünə bəhrəsiz küləklər göndərdi və onlar qarşıya çıxan nə vardısa toz-torpağa çevirirdi. Kafirlər həlak edildilər və səhərə qədər onların yaşayış məskənlərində bomboş evlərdən başqa heç nə qalmamışdı. Bax gör nəsihət verilənlərin sonu necə oldu! Həqiqəti onlara çatdırdılar, lakin onlar ona itaət etməkdən boyun qaçırdılar. Onlara iman gətirmək hökmü verildi, amma onlar rədd etdilər və buna görə də onların sonu – ölüm, rüsvayçılıq və şərəfsizlik oldu!
Fövqəluca Allah buyurur: “Və, beləliklə, dünyada da, Qiyamət günündə də lənətə uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad (Allahın mərhəmətindən) kənar (uzaq) oldu”63 (Hud, 11/60). Bu surədə Allah həmçinin bildirmişdir ki, Ad xalqı qəti surətdə iman gətirməyi rədd etmiş və inadkar kafirlər və təkəbbürlü şərəfsizlər adına layiq görülmüşlər.