ﭑﭒﭓﭔﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ (7.82) “(Lut) tayfasının (bu sözə) cavabı (istehza ilə): “Onları (Lutu və ona tabe olanları) məmləkətinizdən çıxarın, çünki onlar (həddindən ziyadə) təmiz (bu cür işlərlə məşğul olmayan) adamlardır!” – deməkdən başqa bir şey olmamışdı”. Lutun kafir tayfadaşları dedilər: “Qovun onları öz şəhərinizdən! Onlar təmiz və günahsız olmaq istəyirlər!” Onlar deməyə bundan ağıllı bir söz tapmadılar. “Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar”(Buruc, 85/8).
ﭠﭡﭢﭣﭤﭥ ﭦﭧ (7.83) “Biz onu (Lutu) və ailəsini (həmçinin ona iman gətirənləri) xilas etdik. Yalnız arvadı (Vailə öz gizli küfrünə görə) həlak oldu”. Allah Luta (ə) əmr etdi ki, gecənin qaranlıq pərdəsi altında ailəsini şəhərdən çıxarsın, çünki sübh çağı onun xalqı cəzasını alacaqdır. O (ə), ailəsini şəhərdən çıxartdı, təkcə onun arvadı cəzalandırılanların arasında qaldı.