ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ (7.80) “Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?” Ey Muhəmməd! Qulumuz Lutu (ə) da xatırla! Biz onu (ə) öz xalqı arasında təbliğat aparması üçün göndərdik. O (ə), onlara tək Allaha ibadət etməyi buyurmuş və onlara qədər heç bir xalqın törətmədiyi çirkin cinayətlər törətməyi qadağan etmişdi. O (ə) demişdi: “Sizin əməlləriniz o dərəcədə iyrənc və qorxuncdur ki, qalan bütün çirkin əməlləri ötüb keçmişdir. Əvvəllər heç kim belə etməyə cəsarət göstərməmişdi”.
Homoseksuallıq özlüyündə ən mənfur cinayətdir və onun daha da çirkinliyi Lut camaatının bu günah hərəkəti ilk dəfə başlaması və başqaları üçün yol açması olmuşdu. Daha sonra Fövqəluca Allah onların cinayətinin mahiyyətini izah edir: