ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ (7.77) “Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər”. Saleh (ə) öz camaatını xəbərdar etmişdi ki, onlar bəd niyyətlə Allahın dəvəsinə toxunsalar onlara əzablı bir cəza düçar olacaqdır. Bu xəbərdarlığa baxmayaraq, onlar özlərinin Rəbbinin hökmünə təkəbbürlə itaətsizlik göstərərək, dişi dəvəni kəsdilər. Lakin Onun hökmlərinə təşəxxüslə laqeyd yanaşanlar çox sərt intiqamı mütləq dadacaqlar. Allahın çoxsaylı başqa xalqları layiq görmədiyi cəzaya onları məruz qoymasında təəccüblü heç bir şey yoxdur.
Onlar nəinki kobud cinayətə yol vermişdilər, həm də Allahın onları cəzalandıra bilməyəcəyini bildirmişdilər. Onlar öz günahlarına əhəmiyyət vermir və hətta onlara görə fəxr edirdilər. Onlar belə dedilər: “Ey Saleh! Əgər sən doğrudan da Allah tərəfindən göndərilmişsənsə, qoy onda bizi qorxutduğun cəza başımıza gəlsin!” O (ə) buna cavab olaraq dedi: “Daha üç gün yurdunuzda yaşayıb kef çəkin. Bu elə bir vəddir (sözdür) ki, yalan çıxmaz!”(Hud, 11/65).