Əl-maiDƏ (SÜFRƏ)


ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ



Yüklə 2,51 Mb.
səhifə162/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   158   159   160   161   162   163   164   165   ...   317
ﯖ ﯗ ﯘ ﯙﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ
(7.73) “Səmud tayfasına da qardaşları Salehi (peyğəmbər göndərdik). O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi (maya) dəvəsi sizin üçün (peyğəmbərliyimi təsdiq edən) bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!”
Səmud – Hicr adlı yerdə və onun ətrafında yaşamış məşhur bir qəbilə idi64. Bu yer Ərəb yarımadasının Hicaz regionunda yerləşirdi. Allah Səmud camaatına onların özlərindən olan Salehi peyğəmbər göndərdi. O (ə), onları Tək olan Allaha iman gətirməyə və ibadət etməyə çağırdı və həm də Ona tay və şərik qoşmağı qadağan etdi. Onun (ə) təbliğatı onun qardaşları-elçilərin təbliğa­tına oxşayırdı. Onların hamısı bir və tək Allaha ibadət etməyə çağırırdılar və izah edirdilər ki, qulların Ondan başqa tanrısı yoxdur.

Saleh demişdi: “Siz heyrətamiz bir hadisənin şahidi oldunuz ki, o, təkcə səma möcüzəsi ola bilərdi, axı insanlar belə xariqüladə bir şey yaratmağa qadir deyillər. Budur əzəmətli dişi dəvə və onu, həqiqətən də, “Allahın dəvəsi” adlandırmaq olar. Bu ad onun şöhrətini və üstünlüyünü xüsusilə vurğulayır. Şübhəsiz ki, o, böyük bir möcüzədir”.

O (ə) dedi: “... Bu, (Allahın möcüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!) Ona heç bir pislik etməyin, yoxsa Böyük günün (Qiyamət günün) əzabı sizi yaxalayar!” (Şuəra, 26/155-156)



Səmudluların böyük bir quyusu var idi və o, bu gün də “dişi dəvə quyusu” kimi məşhurdur. Allah bildirmişdi ki, onlar həmin quyudan suyu növbə ilə içsinlər: bir gün onun suyunu dişi dəvə içirdi və həmin gün səmudlular onun südünü içirdilər; o biri gün isə quyunun suyunu səmudlular içirdilər. Dəvəyə isə həmin vaxtda sərbəst hərəkət etməyə icazə verilirdi. Buna görə Saleh (ə) dedi: “Dəvəyə imkan verin Allahın torpağında otlasın, axı o, sizin işinizi onu yemləməklə çətinləşdirmir! Onu kəsməyin və ona pislik etməyin ki, dəhşətli bir cəza sizə düçar olmasın!”

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin