ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ (7.84) “Onların üstünə yağış (kibrit və atəşlə yoğrulmuş əzab yağışı) yağdırdıq. Bir gör (Allaha asi olan, peyğəmbərləri inkar edən) günahkarların axırı necə oldu!” Allah kafirlərin üstünə bişirilmiş qaynar gil kəsəkləri yağdırdı və onların yaşadıqları yerləri alt-üst etdi. Həqiqətən, bu canilərin sonu ölüm və əbədi şərəfsizlik oldu.
ﭲﭳﭴﭵﭶﭷﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ (7.85) “Mədyən tayfasına da qardaşları Şüeybi (peyğəmbər) göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil (möcüzə) gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini (və ya onların haqqını) azaltmayın. Yer üzü (peyğəmbərlərin şəriətləri sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu (dediklərim) sizin üçün xeyirlidir!” Mədyən vaxtilə məşhur bir tayfa idi və Allah onların öz qohumu Şüeybi (ə) onlara göndərmişdi. O (ə), onları tək olan Allaha ibadət etməyə, Ona şərik qoşmamağa, ticarət zamanı insanları çəkidə və ölçüdə aldatmamağa, başqalarının haqqı olan əmlakı vaxtında qaytarmağa və günah işlətməklə və cinayətlər törətməklə yer üzündə fitnə-fəsad yaymamağa dəvət etmişdi.
Əgər insan Allahın iradəsinə tabe olaraq və Ona yaxınlaşmağa can ataraq günahlardan çəkinirsə, bu ona olduqca böyük faydalar gətirir. Halbuki insanın günahlar törətməsi, Qüdrətli Rəbbin quluna qəzəblənməsinə və onu Cəhənnəm odunda cəzalandırılmağa məhkum etməyə səbəb olur.