ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ (7.94) “Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!”
(7.95) “Sonra sıxıntını (bəlanı, pisliyi) firavanlıqla əvəz etdik. Beləliklə, onlar artıb çoxaldılar və dedilər: “Atalarımıza da belə yaxşı-yaman günlər üz vermişdi”. Elə bu an onları özləri də bilmədən, qəflətən (əzabla) yaxaladıq”. Allah peyğəmbərləri göndərirdi ki, onlar insanları tək Ona ibadət etməyə çağırsınlar və onları etiqad etdikləri bəladan çəkindirsinlər, lakin insanlar onlara tabe olmaqdan boyun qaçırırdılar. Belə olduqda Allah onlara kasıbçılıq, xəstəliklər və digər sınaqlar göndərirdi ki, onların ağrı-acını dadsınlar, Onun qarşısında itaətkar və haqqa tabe olsunlar. Buna bənzər öyüd-nəsihətlər fayda vermədikdə və günahkarlar haqqı təkəbbürlə danmaqda davam etdikdə və öz zalımlıqlarında daha da dərinliyə getdikdə, Qüdrətli Allah onları sınaqlardan xilas edir və onlara saysız-hesabsız nemətlər və sağlamlıq bəxş edirdi. Bu günahkar çoxalıb-artdıqda və onların var-dövləti dəfələrlə çoxaldıqda onlar Onun səxavəti hesabına zövq almağa başlayır və əvvəllər başlarına gələn bədbəxtlikləri yaddan çıxardırdılar. Onlar deyirdilər: “Atalarımızla da belə müsibətlər və fərəhli günlər baş verərdi – bütün əvvəlki və sonrakı insan nəsillərinin taleləri belədir. Bəzən insanlar firavan yaşayır, bəzən də ağır günlər keçirirlər. Bəzən onlar öz uğurlarına sevinir və bəzi hallarda da onları qəm-kədər bürüyür. Vaxt dəyişir, günlər bir-birini əvəz edir”.
Bu nadanlar dərk etmirdilər ki, əmin-amanlıq və müsibətlər – ibrət götürmək və azdırılmaq üçündür. Onlar əldə etdikləri nemətlərdən vəcdə gəldikdə və görünməmiş firavanlıqdan ləzzət aldıqları məqamda Allah onları cəzalandırırdı. O cəza elə qəfildən gəlirdi ki, onun yaxınlaşacağına heç azca da olsa şübhələnmir, qaçılmaz ölüm haqqında heç fikirləşmir və zənn edirdilər ki, onlara əta edilmiş nemətlərdən maneəsiz istifadə edəcəklər və heç vaxt bu nemətlər onları tərk etməyəcək.