(7.99) “Yaxud (o məmləkətlərin əhalisi) Allahın onları dolaşdırıb bəla toruna salmayacağına (naz-nemət içində yaşadıqları halda qəflətən onlara əzab göndərməyəcəyinə) əmin idilərmi? Allahın (bu yolla) dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz! Onlar doğrudanmı Allahın onlara sezdirmədən onları azdıra biləcəyindən ehtiyat etmirdilər? Doğrudanmı onlar düşünmürdülər ki, Allah onlara ancaq möhlət verir? Doğrudanmı onlar bilmirdilər ki, Onun hiyləsi yenilməzdir? Həqiqətən, Allahın fəndgirliyindən təkcə ağır ziyana uğramaları qismətlərinə yazılmış insanlar ehtiyat etməyə bilər, çünki Allahın cəzası qarşısında qorxu hiss etməyənlər törətdikləri əməllərə görə əvəz veriləcəyini qəbul etməyənlər və elçilərə layiqincə iman gətirməyənlərdir.
Bu kəramətli ayə ən böyük xəbərdarlıqlardan ibarətdir və qulları, öz imanına güvənərək, özünü tam təhlükəsizlikdə hiss etməməyə çağırır. Əksinə, qul hər şeydən daha çox yolunu aza bilməsindən və imandan məhrum ola biləcəyindən ehtiyat etməlidir. Qul daima “Ey Allahım, qəlblərə vəlvələ Salan! Qəlbimi dinində möhkəmlət!” Əgər o, sapıqlıqla üz-üzə qalmalı olursa, onda əlindən gələni etməlidir ki, şərdən uzaq olsun, çünki heç kim, əməllərinin xeyirxahlığına baxmayaraq, ömrünün xoşbəxtliklə sonuclanacağına ümid etməməlidir.