Əl-maiDƏ (SÜFRƏ)


ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ



Yüklə 2,51 Mb.
səhifə177/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   173   174   175   176   177   178   179   180   ...   317
ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫﯬ
(7.93) “(Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”
Allahın cəzası mürtədləri yaxaladıqda, peyğəmbər (ə) onlardan üz döndərdi və onlar öldükdən sonra, o (ə) onlara qınaq və məzəmmətlə belə müraciət etdi: “Ey mənim qəbilədaşlarım! Axı mən Rəbbimin vəhyini sizə çatdırıb izah etmişdim. Onlar qəlbi­nizin dərinliklərinə qədər nüfuz etmişdi, lakin siz bundan ancaq təşvişə düşdünüz. Mən sizə səmimiyyətlə yaxşılıq arzulayırdım, amma siz mənim məsləhətlərimə qulaq asmadınız və onları əsas tutmadınız. Əksinə, siz mənə itaətsizlik göstərdiniz və yol veri­lənlərin həddini aşdınız. Bundan sonra mən ürəklərinə xeyirxah­lığa yer olmayan kafirlərə görə necə kədərlənə bilərəm? Yaxşılıq onların yanına gəldi, lakin onlar onu rədd etdilər və qəbul etməkdən boyun qaçırdılar. Həqiqətən, belə insanlar pis aqibətdən başqa heç nəyə layiq deyillər! Onlar barələrində hüzn saxlanıl­masına da layiq deyillər. Əslində, onların ölümünə sevinmək lazımdır!”

Ey Allah, bizi belə rüsvayçılıqdan və şərəfsizlikdən qoru! Sənə hamıdan çox yaxşılıq etmək istəyən adamdan üz döndərmək­dən daha böyük bədbəxtlik və cəza nə ola birlər?!!

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin