ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩﯪﯫﯬﯭ ﯮﯯﯰ (7.103) “Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyanlarına (peyğəmbər) göndərdik. Onlar (həmin möcüzələri) inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu!” Bu peyğəmbərlərin (onlara Allahın salamı olsun) ardınca Allah insanlara Musanı (ə) göndərdi. Bu alicənab elçi Rəhmanla söhbət etmişdi və təqlid edilməsi üçün ən möhtəşəm örnək təcəssümü idi. O (ə) zülmkar və lovğa adamların – Fironun və onun əyanlarından ibarət olan ətrafındakılarının yanına göndərmişdi.
Musa (ə) onlara elə böyük möcüzələr göstərdi ki, insanlar hələ beləsini görməmişdilər, lakin mürtədlər ona (ə) qarşı zalımlıq etdilər. Onlar haqqa tabe olmağı rədd etdilər və təkcə zalım günahkarların davrandıqları kimi rəftar etdilər. Onlar haqqı təkəbbürlə dandılar. Bax gör, onların axırı necə oldu! Allah onları məhv etdi və lənət həm bu dünyada və həm də Axirətdə onların nəsibi oldu. Necə də pis sonluqdur! Bu, sonrakı ayələrdə daha geniş təfsilatla şərh ediləcək tarixin qısaca ifadəsidir.