Əl-maiDƏ (SÜFRƏ)


ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ



Yüklə 2,51 Mb.
səhifə182/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   178   179   180   181   182   183   184   185   ...   317
ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ
(7.100) “Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyə­tindən məhrum edərdik) və onlar da (öyüd-nəsihət) eşitməzdilər?
Fövqəluca Allah qədim tayfaların məhv edilməsindən sonra yer üzünü məskunlaşdırmış xalqlara xəbərdarlıq edir. Məgər onlara qədər yaşamış və fitnə-fəsadlarına görə məhv edilmiş günahkarlardan yeri irs almış xalqlara aydın deyil ki, Allah insanları günahlarına görə cəzalandıra bilər? Onda bəs onlar niyə məhv edilmiş xalqların əməllərini təkrarlayırlar? Doğrudanmı onlar Allahın onları itaətsizliyə görə cəzalandıracağını dərk etmirlər? O, bütün günahkarlarla belə davranır!

Allah insanları xəbərdar edir, lakin onlar Onun xəbərdarlıqlarına əhəmiyyət vermirlər. O, məxluqlarına nəsihət verir, lakin onlar öyüd-nəsihətə qulaq asmaqdan boyun qaçırırlar. O, onlara ayələri və ibrətamiz tarixi rəvayətləri vasitəsilə doğru yol göstərir, lakin onlar bu yolla getmək istəmirlər. Belə olduqda, Fövqəluca Allah onları cəzalandırır və qəlblərini möhürləyir. Onlar pərdə ilə örtülür və tamamilə rəzalətə bürünürlər. Bu baş verdiyi zaman haqq və xeyirxahlıq artıq o qəlblərə daxil ola bilmir. Onlar özlərinə xeyir gətirə bilən şeyləri dərk etmək qabiliyyətini itirirlər və əgər faydalı nəsihətlərə qulaq assalar da bu, onları öz na­dan­lıqlarını əsas gətirərək bəraət qazanmaq imkanından məhrum edir.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin