Əl-maiDƏ (SÜFRƏ)


ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ



Yüklə 2,51 Mb.
səhifə190/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   186   187   188   189   190   191   192   193   ...   317
ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ
(7.115) “Sehrbazlar dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”

(7.116) “(Musa: ) “Siz atın” – dedi. Onlar (əllərindəkiləri və əsaları yerə) at­dıq­da, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər”.
Böyük bir izdihamın gözü qarşısında Musa (ə) ilə görüşərək sehrbazlar qərara aldılar ki, onun (ə) göstərəcəyi möcüzənin onlar üçün heç bir fərqi olmadığını hamıya göstərsinlər. Onlar dedilər: “Ya sən birinci at, ya da bunu bizə etməyə icazə ver!” Musa (ə) buyurdu: “Birinci siz atın!” O (ə) istəyirdi ki, adamlar əvvəlcə sehrbazların nəyə qabil olduğunu görsünlər və sonra isə onun (ə) möcüzəsini görsünlər.

Sehrbazlar öz kəndirlərini və əsalarını yerə atdıqda, insanları sehrləməklə əşyaları onların gözlərində sürünən qorxunc ilanlar kimi göstərdilər. Sehrbazlar adamların gözlərini sehrləmiş, onlara qorxu hissi təlqin etmiş və o vaxtadək görünməmiş bir sehrbazlıq etmişdilər.
ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ
(7.117) “Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur”.

(7.118) “Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu”.


Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin