(7.136) “Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara etinasız yanaşdıqları) üçün (Firon əhlindən) intiqam alaraq onları dənizdə batırdıq.
Kafirlərin həlak edilməsi saatı yaxınlaşdıqda, Allah Musaya (ə) əmr etdi ki, gecənin qaranlıq pərdəsi altında İsrail oğullarını Misirdən çıxarsın və onu (ə) xəbərdar etdi ki, Firon öz döyüşçüləri ilə onları izləyəcək. Baş vermiş hadisəni bildikdən sonra amansız hökmdar İsrail oğullarını təqib etmək üçün hazırlaşmağa başladı və ölkəsinin bütün şəhərlərinə qoşun toplamağa öz əsgər yığanlarını göndərdi.
Fövqəluca Allah buyurur: “Firon şəhərlərə (əsgər) yığanlar göndərdi. (O, belə deyirdi:) “Şübhəsiz ki, bunlar (İsrail övladı) kiçik bir tayfadır! Onlar (bəzək şeylərimizi götürməklə, Misiri atıb getməklə) bizi qəzəbləndirmişlər. (Və ya: İsrail oğullarına çox əziyyət verdiyimizə görə onlar bizə qarşı qəzəblidirlər). Biz isə qüvvətli (yaxşı silahlanmış, yaxud ayıq-sayıq, işimizi bilən) bir camaatıq!” Nəhayət, Biz onları (Fironu və tayfasını) bağlardan və bulaqlardan çıxartdıq. Xəzinələrdən və (Nil ətrafındakı) gözəl (bərəkət dolu) yerdən kənar etdik. (O yerlərdən onları) beləcə çıxartdıq və İsrail oğullarını oralara varis etdik. (Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər. İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!” (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq). Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O biriləri (Firon tayfasını) isə suya qərq etdik” (Şuəra, 26/53-66).
Günahkarlar, Allahın möcüzələrini yalan saydıqlarına və bunların təsdiq etdiyi haqdan üz döndərdiklərinə görə suya qərq edildilər.
ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ
(7.137) “Zəif (həşr) görünən o tayfanı (İsrail oğullarını) yer üzünün daim xeyir-bərəkət verdiyiniz şərq tərəflərinə (Şam diyarına) varis etdik. (Müsibətlərə, fəlakətlərə) səbir etdiklərinə görə Rəbbinin İsrail övladına verdiyi gözəl sözlər (vədlər) tam yerinə yetdi. Fironun və onun camaatının qurduqları (imarətləri) və ucaltdıqlarını (qəsrləri, kəhkəşanələri) isə viran qoyduq”.
Yer üzündə İsrail oğullarını zəif hesab edirdilər. Onlar Fironun xalqı tərəfindən əsarət altına alınıb qul edilmişdilər, alçaldılmaya və əziyyətlərə dözürdülər. Lakin Qüdrətli Allah onlara imkan verdi ki, Misirin Şərqində və Qərbində yerləşən torpaqlara varis olsunlar. Əvvəllər bu yerlərdə onlar alçaldılmağa səbir etmişdilər, indi isə Allah onları həmin yerlərin tamsəlahiyyətli sahibləri etmişdi. Rəbbin İsrail oğulları haqqındakı gözəl sözü belə gerçəkləşdi. Həqiqətən, onlar öz səbirliliyi ilə bu mükafata layiq idilər.
Burada söhbət Musa peyğəmbərin (ə) öyüd-nəsihətindən gedir: “Musa öz tayfasına: “Allahdan kömək diləyin və səbir edin. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, Axirətdə yüksək məqamlar) müttəqilərindir!” – dedi” (Əraf, 7/128).
Fironun və əyanlarının ucaltdıqları möhtəşəm qəsrlərə və dəbdəbəli saraylara gəldikdə isə onların hamısı etdikləri zalımlığın əvəzi olaraq dağıdılmışdı. Həqiqətən də, bütün bunlarda – bilik sahibi olanlar üçün bir rəmz vardır.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ
(7.138) “Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ey Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!”
Firon öz xalqı ilə birlikdə onları təqib edərkən, Allah İsrail oğullarını dənizdən keçirdi. Sonra O, İsrail oğullarının gözü qarşısında kafirlərin qoşununu suda qərq etdi. İsraillilər isə öz yollarına davam etdilər. Əhalisi ciddi-cəhdlə bütlərə ibadət edən və onlardan xeyir-dua istəyən kəndlərin yanından keçərkən, İsrail oğulları – öz ağılsızlıqlarından və nadanlıqlarından – Musadan (ə) xahiş etdilər ki, onlar üçün də bir ilah müəyyənləşdirsin ki, onlar da bütlərə sitayiş edən müşriklər kimi, ona ibadət etsinlər. Onlar bu xahişi – Allahın onlara bu qədər möcüzələr göstərməsindən sonra istədikləri üçün, Musa (ə) onları cahil xalq adlandırdı.
Öz Rəbbi və Yaradanından xəbərsiz olan, Onu, yaratdıqları ilə, nə özlərinə, nə də özgələrinə xeyir və ya zərər verə bilməyən, həyata, ölümə və dirilməyə sərəncam çəkmək iqtidarı olmayan məxluqları ilə bərabər tutanlardan kim daha nadan və cahil ola bilər?!!
ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ
Dostları ilə paylaş: |