ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ (7.130) “Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar!” Fövqəluca Allah Musa ilə Firon tayfasının qarşıdurmasının son mərhələsində sonuncuların başına gətirdiyi bəla və müsibətlərdən xəbər verir. Allah digər xalqlarla da eynilə rəftar edirdi ki, onlar Ona itaət etsinlər.
Misirlilər üçün quraqlıq illəri başlamışdı – Allah istəyirdi ki, onlar kafirliklərinə görə tövbə etsinlər və başa düşsünlər ki, onlara düçar olmuş bədbəxtçilik Onun qəzəbinin nəticəsidir. Lakin bu onlara heç bir fayda vermədi və onlar günah işlətməkdə və fitnə-fəsad yaymaqda davam edirdilər.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ (7.131) “Onlara bolluq qismət olduğu zaman: “Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) Allahdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!” Onlar məhsulu yığıb ərzaq tədarük edəndə Allaha minnətdarlıq etməkdən boyun qaçırardılar və deyərdilər ki, bu bizim haqqımızdır. Onlar quraqlığa məruz qalanda və məhsullarından məhrum olanda, bu bədbəxtliyi Musanın (ə) peyğəmbər gəlməsi və İsrail oğullarının onun (ə) ardınca getmələri ilə əlaqələndirərdilər. Bu bəlaları Allah öncədən onların qismətinə yazmışdı və onların danışdıqları sözlər azğınlıq nəticəsiydi. Həqiqətən, bu müsibətlərin səbəbi onların günahları və kafirliyiydi, lakin onların əksəriyyəti bunu bilmirdilər və buna görə də onların bəyan etdikləri beləcə yanlış idi.
ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ (7.132) “(Firon adamları Musaya) dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!” Onlar öz yanlış baxışlarından əl çəkməyəcəklərinə Musanı (ə) inandırmağa çalışaraq, deyirdilər: “Biz əminik ki, sən sehrbazsan, göstərdiyin hər hansı möcüzədən asılı olmayaraq, o, sənin sehrbazlığına əminliyimizi daha da artırır. Biz sənə heç vaxt inanmarıq və sənin təbliğ etdiklərini doğru saymarıq”.
Həqiqətən də belə davranış ən yüksək inadkarlıqdır ki, təkcə kafirlərdə müşahidə edilə bilər. Belə insanlar üçün artıq möcüzələrin nazil edilib-edilməməyinin heç bir fərqi yoxdur.