(7.121) “Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə -”
(7.122) “Musanın və Harunun Rəbbinə!” Sehrbazlar bəyan etdilər ki, onlar Musaya (ə) nazil edilən açıq-aşkar möcüzələrə iman gətirdilər. Firon isə onları haqq dinə iman gətirdiklərinə görə sərt intiqam alacağı ilə hədələdi. Mürtəd hökmdar ayrı düşüncə tərzi və ist’nil’n din ilə mübarizə aparırdı. O, adamların onun hökmlərini sözsüz yerinə yetirmələrinə adət etmişdi və onlar onun əmrlərinə heç vaxt itaətsizlik göstərmirdilər. Axı məhz belə hallar xalqları tənəzzülə uğradır, bəşər təfəkkürünün kütləşməsinə səbəb olur və insanlara öz haqlarını müdafiə etməyə maneçilik törədir. Fövqəluca Allah buyurur: “Beləliklə, (Firon) öz xalqını yelbeyin (yüngül) yerinə qoydu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola bilməz). Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir xalq idi”. (Zuxruf, 43/54).