Əl-maiDƏ (SÜFRƏ)


ﮞﮟﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ



Yüklə 2,51 Mb.
səhifə166/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   162   163   164   165   166   167   168   169   ...   317
ﮞﮟﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ
(7.78) “Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular)”.

(7.79) “(Saleh) onlardan üz döndərib belə dedi: “Ey cama­atım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbər­liyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”
Zəlzələ günahkarları sarsıtdı və onlar diz çökdülər. Allah onları məhv edərək köklərini kəsdi. Cəza onları haqlayan anda Saleh peyğəmbər (ə) onlardan üz çevirdi. Onlar artıq məhv edil­dikdən sonra isə, o (ə), tənə və qınaqla onlara müraciət etdi: “Ey mənim qəbilədaşlarım! Axı mən Allahın mənim vasitəmlə sizə göndərdiyi bütün xəbərləri sizə çatdırdım. Mən mümkün olan hər şeyi etdim ki, siz doğru yola yönələsiniz və haqq dini qəbul edəsiniz. Lakin siz sizə xeyirxahlıq etmək istəyənləri xoşlamadınız. Siz səmimi qəlbli xeyirxahların sözlərini rədd etdiniz və lənətə gəlmiş şeytana qulaq asdınız”.

Bir çox şərhçilərin rəyinə görə, Salehin (ə) dişi dəvəsi möhkəm və hamar qaya parçasından yaradılmışdı. Səmudlular peyğəmbərdən (ə) möcüzə göstərməsini tələb etdikdə, qayanın bir parçasından, orada toplaşanların gözü qarşısında, sanki doğuş ağrıları çəkirmiş kimi, bir dişi dəvə çıxdı. Kafirlər dəvəni kəsəndə yanında bir bala dəvə də varmış. O, üç dəfə bağırmışdı və bu zaman qarşıdakı dağ aralanmış və bala dəvə oraya girmişdi. O zaman Saleh (ə) öz qəbilədaşlarına dedi: “Sizə cəmi üç gün vaxt verilmişdir. Cəzanın yaxınlaşması əlaməti – birinci gün üzlərinizin saralması, ikinci gün – qızarması, üçüncü gün isə qaralması olacaqdır”. Hər şey onun irəlicədən dediyi kimi baş verdi.

Bu hekayəni İsrail oğulları rəvayət etmişdilər, lakin yəhudi­lərə məxsus belə ifadələri Allahın Kitabını təfsir edərkən xatırlamaq lazım deyil. Quran ayələri onun etibarlılığını təsdiq etmir. Bundan əlavə, əgər o, səhih olsaydı, Fövqəluca Allah onu hökmən xatırladardı, çünki bu hekayə qəribə möcüzələr və ibrətamiz nəsihətlərdən ibarətdir. Fövqəluca Allah ona laqeyd yanaşmaz və o barədə susmazdı, çünki bilirdi ki, əhvalat etibarsız rəvayətçilər vasitəsilə bizə çatdırılacaqdır. Bundan başqa, Quran ayələri bu hekayətlərin bir hissəsini təkzib edir, çünki Saleh peyğəmbər (ə) öz qəbilədaşlarına demişdi ki, onlar hələ üç gün öz mənzillərində kefə baxacaqlar. Onlara üç günlük qısa müddət ərzində kef çəkmək imkanı verilmişdi ki, ondan sonra onlar bir daha həzz almayacaq və kef çəkməyəcəkdilər. Peyğəmbərin (ə) yaxınlaşmaqda olan cəza və onun əlamətləri haqqında öncədən verdiyi xəbəri eşidən və günbəgün onun (ə) peyğəmbərliyinin gerçəkləşməsinə əmin olan insanlar belə bir vaxtda həyatdan necə həzz ala bilərdilər? Onlar necə həzz ala bilərdilər ki, artıq üzlərinin saralması, qızarması və qaralması onların cəzalandırıl­masının tərkib hissəsinə daxil idi? Məgər bunlar Quran mətnlərinə zidd deyil? Həqiqətən, Müqəddəs Quran – elə bir doğru Təlimdir ki, insanların başqa bir şeyə ehtiyac duymaması üçün o, bəs edir.

Sözsüz ki, biz Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Qurana heç vaxt zidd gəlməyən istənilən səhih hədislərini məmnuniyyətlə qəbul edirik. Bundan başqa, Quran özü bizə səhih hədisləri rəhbər tutmaq üçün hökm verir: “...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin...” (Həşr, 59/7).

Bundan əvvəl biz artıq demişdik ki, Quranı yəhudi əfsanə­lərinə əsaslanaraq şərh etmək olmaz. Əlbəttə, əgər onların etibar­sızlığı açıq-aydın deyilsə, onda onları rəvayət etmək olar. Belə olduqda, biz onları nə təsdiq edə, nə də inkar edə bilmərik. Lakin Allahın Kitabı şübhə altına alına bilməz və buna görə yəhudi əfsanələrini onun şərhi ilə birləşdirmək olmaz.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin