(7.67) “(Hud) dedi: “Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!”
(7.68) “Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm”.
Hud səfeh adam deyildi. Əksinə, o, ağıllı elçi və həqiqi rəhbər idi. O, demişdi: “Ey mənim xalqım! Mən – səfeh deyil, aləmlərin Rəbbinin elçisiyəm. Mən Onun hökmlərini sizə çatdırıram. Mən sizə ürəkdən xeyirxahlıq arzulayır və etibarınızı qazanıram. Siz isə mənim nəsihətlərimi sözdə və əməldə qəbul etməyə və bütün qulların Rəbbinə itaət göstərməyə borclusunuz”.