ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ (7.61) “(Nuh) dedi: “Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!
(7.62) “Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!
(7.63) “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?” Nuh (ə) öz həmqəbilələrinin dediklərini nəzakətlə təkzib etdi və özünü olduqca mərifətli apardı və o, ümid bəsləyirdi ki, onlar ona itaət edəcəklər. O demişdi: “Mən öz iddialarımın heç birində azğınlığa düşməmişəm. Əksinə, mən düz yolla gedirəm və başqalarını da o yola gəlməyi dəvət edirəm”.
Bu şərəfli elçinin yolu Allahın möhkəm ruhlu digər elçilərinin yolundan fərqlənmirdi. Bu ən gözəl, peyğəmbərlik vəhyi ilə tam ifadə edilmiş və qüsursuz kamil yol idi. Buna görə də o (ə), daha sonra demişdir: “Mən aləmlərin Rəbbi, mənim və sizin Rəbbiniz, bütün məxluqların Rəbbi tərəfindən göndərilmişəm. O, Öz məxluqlarının qayğısını çəkir və Onun qayğıkeşliyinin gözəl təzahürlərindən biri kimi qullarına elçilər göndərməsidir ki, onlar insanlara saleh əməllər işlətməyi, yüksək əxlaqa sahib olmağı, gözəl baxışlara etiqad etməyi və bütün əks olan şeyləri qadağan etməyi buyursunlar. Mənə bir vəzifə kimi həvalə olunmuşdur ki, Rəbbimin Müraciətini sizin nəzərinizə çatdırım, yalnız Tək Ona ibadət etməyinizin zəruriliyini, Onun hökmlərini və qadağalarını sizə izah edim. Mənə hökm edilmişdir ki, sizə mərhəmət və rəhm göstərərək səmimi məsləhətlər verim. Allah mənə sizin bilmədiklərinizi öyrətmişdir və buna görə siz mənə itaət etməli və əmrlərimi yerinə yetirməlisiniz. Əgər siz bunları bilsəydiniz! Amma siz Allahın sizlərdən birinə zikr nazil etməsinə təəccüb edirsiniz. Niyə siz qətiyyən təəccüblü olmayan bir şeyə təəccüblənirsiniz? Niyə siz təəccüblənirsiniz ki, Allahın öyüd-nəsihəti doğruçuluğu və digər keyfiyyətləri sizə yaxşı məlum olan bir şəxs tərəfindən çatdırılmışdır? Allah sizin qayğınızı çəkərək sizə Öz lütfünü göstərmişdir ki, onu minnətdarlıqla qəbul edəsiniz. O sizi məşəqqətli cəza verilə biləcəyi barədə xəbərdar edir və sizi qəlbən və hərəkətlərinizlə Allahdan qorxmağa etiqad bəsləməyinizə dəvət edir ki, siz əbədi məşəqqətlərdən çəkinəsiniz və Onun həddi-hüdudu olmayan nemətlərinə layiq olasınız”.
ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓﯔﯕ ﯖﯗﯘﯙ (7.64) “Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə (tufan vaxtı suda) qərq etdik. Onlar, həqiqətən, kor bir camaat idilər”. Peyğəmbərin (ə) möizələri onun həmtayfalarına heç bir fayda vermədi və o (ə) istənilən nəticəyə nail ola bilmədi. Qəbilədaşları onu (ə) yalançı adlandırdılar və, belə olduqda, Allah ona əmr etdi ki, bir gəmi hazırlasın və ona hər heyvandan bir cüt yerləşdirsin. Gəminin göyərtəsinə qalxmağa Nuh ilə bərabər iman gətirənlərə icazə verilmişdi. Onların hamısı xilas edildi, Allahın ayələrinə iman gətirməkdən boyun qaçıran və doğru yolu görməkdə kor olan günahkarlar isə suda qərq edildilər. Onlar, Allahın onlara Öz peyğəmbəri (ə) vasitəsilə nümayiş etdirdiyi haqqı və açıq-aydın möcüzələri gördülər. İstənilən dərrakəli insanın həqiqi dinə gəlməsi üçün bu möcüzələr kifayət qədər idi, lakin onlar gördüklərini məsxərəyə qoydular, onlara laqeyd yanaşdılar və kafir oldular.