(7.59) “Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) Böyük günün (Qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!” Fövqəluca Allah tövhidin həqiqiliyinə dəlalət edən sübutları sadaladıqdan sonra, onlar haqqında rəvayəti təkcə Allaha ibadətə dəvət edən Allah elçiləri (onlara salam olsun) və onların kafir xalqları arasında baş vermiş hadisə ilə gücləndirdi. Allah tövhid tərəfdarlarını müdafiə etdiyini və elçilərə itaət etməkdən boyun qaçıran inadkarları məhv etdiyini bildirir. O, xəbər verir ki, bütün elçilər bir dini və eyni baxışları təbliğ edirdilər.
Nuh peyğəmbər (ə) insanları tək Allaha ibadətə dəvət etmək və onları bütpərəstlikdən əl çəkdirmək hökmü ilə öz xalqına göndərilmişdi. O (ə) demişdi: “Ey mənim xalqım! Ancaq Allaha – Vahid Yaradana, Bəsləyənə və Hökmdara ibadət edin. Bütün qalan varlıqlar yaradılmışlardır və qətiyyən hakimiyyətə malik deyillər və hamı Ona tabedirlər”. Nuh Allaha itaətdən boyun qaçıranların cəzalandırılacağı barədə öz xalqını xəbərdar etdi.
Bu, onun (ə) səmimiyyətinə və rəhmdilliyinə dəlalət edirdi. O ehtiyat edirdi ki, onun həmtayfaları əbədi cəzaya və sonu olmayan bədbəxtliklərə düçar olsunlar. Allahın bütün digər elçiləri də belə etmişdilər və onların hər birində insanlara onların öz ata-analarından daha çox rəhm hissi var idi. Lakin kafir həmtayfalarının cavabı qorxunc və iyrənc idi.