ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ (5.9.) “Allah iman sahiblərinə saleh əməllərinə görə əfv olunma və böyük mükafat vəd etmişdir”. Allah vədini heç vaxt pozmur və Onun sözləri ən doğrudur. O, Ona, Onun Kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirmiş və dinin fərz və nafilə hökmlərini yerinə yetirən möminlərə onların günahlarını bağışlamağı, günahlarının pis nəticələrindən onları xilas edəcəyini və onlara, ölçüsü təkcə Ona məlum olan böyük ənam verəcəyini vəd etmişdir. Fövqəluca Allah bununla əlaqədar buyurur: “Etdikləri əməllərin mükafatı kimi onların gözlərinə sevinc gətirəcək nələrin saxlandığını heç kəs bilmir” (Səcdə, 32/17).
ﭑﭒﭓﭔﭕﭖ ﭗ ﭘ (5.10.) “Məhz iman gətirməyib ayələrimizi yalan sayanlar Cəhənnəm sakinləridir”. Haqqı təsdiq edən açıq-aydın ayələrimiz onlara bəyan edildikdən sonra, iman gətirməkdən boyun qaçıraraq, onları yalan hesab edən kəslər mütləq Cəhənnəm sakinləri arasında olacaqlar. İnsan öz yoldaşı və dostundan ayrılmadığı kimi, onlar da Cəhənnəmdən ayrılmayacaqlar.