ﭺﭻﭼﭽﭾﭿﮀﮁﮂﮃﮄﮅ (7.166) “Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: “Həqir (zəlil) meymunlar olun!” – deyə əmr etdik”. Fasiqlər əməllərindən dönmədilər: onlar Allaha itaət etməkdən və nəsihətlərə qulaq asmaqdan boyun qaçırdılar. Belə olduqda, Qüdrətli Allah Öz ilahi qədərinə uyğun olaraq, onları mənfur meymunlara çevirdi və Öz mərhəmətindən uzaqlaşdırdı.
ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖﮗ ﮘ ﮙ ﮚ ﮛ (7.167) “(Ey Elçim!) O zaman Rəbbin onlara (yəhudilərə) Qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də (tövbəkarları) Bağışlayandır, Rəhmedəndir!” Fövqəluca Allah xəbər verir ki, bundan əvvəlki ayədə xatırlanan cəzaya məruz qalmayan İsrailin zalım oğullarını alçaldılma və rüsvayçılıq həmişə izləyəcəkdir. Allah itaətindən çıxanları tez cəzalandırandır və onları hələ bu dünyada yaşadıqları halda amansız cəzaya məruz qoya bilər. Amma bununla yanaşı O, tövbə edib düz yola qayıdanlara Lütfkarlıqgöstərəndir. O, belə qullarının günahlarını bağışlayır və onların nöqsanlarını ört-basdır edir. O, onları Öz Böyük Mərhəməti sayəsində himayəsinə götürür, onların xeyirxah əməllərini qəbul edir və onlara cürbəcür mükafatlar verir.
Allah Öz vədini yerinə yetirmişdir və buna görə də fasiq israillilər həmişə alçaldılmış və təhqir edilmiş halda qalırlar. Onlar başqa xalqlardan asılıdırlar və heç vaxt ayaq üstə qalxa bilməyəcəklər.