ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ (7.161) “(Ey Elçim!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, “hittə” (“bizi bağışla”) deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!”
(7.162) “Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik”. İsraillilər Qüdsə yaxınlaşdıqda onlara şəhərə daxil olub orada məskunlaşmaq tapşırıldı. Orada çoxsaylı meyvə ağacları və kolluqlar boy atmışdı və Fövqəluca Allah onlara imkan verdi ki, istədikləri yerdə meyvələrdən yesinlər. Qüdsdə həyatın rahat və ehtiyac duyulmadan keçəcəyi vəd edilirdi.
Onlara tapşırılmışdı ki, nazil etdiyi nemətlərə minnətdarlıq əlaməti kimi şəhərə Allahın qüdrəti qarşısında itaətkarcasına, müti olaraq girsinlər. Allah onlara əmr etmişdi ki, özlərini dinc və sakit aparsınlar, bağışlanmaları haqqında dua etsinlər və onlara günahlarını bağışlayacağını və onları həm bu dünyada və həm də ölümdən sonra mükafatlandıracağını vəd etmişdi.
Lakin israillilər Rəbbin əmrini yerinə yetirməyib, Ona qulaq asmadılar. Onlar Ona elə bir saymamazlıqla yanaşdılar ki, bağışlanma duası olan “xitta” əvəzinə, “xinta” dedilər ki, bu da “bir arpa giləsi” deməkdir. Onlar sadə və mürəkkəb olmayan bir sözü təhrif etdilər. Hələ bir bununla da qane olmayaraq, onlar şəhərə yanları üzərində oturduqları halda hərəkət edərək72 girdilər və elə bu zaman onları göydən gələn sərt cəza haqladı. Bu – taun xəstəliyi və ya hər hansı təbii fəlakət ola bilərdi. Allah onlara zalımlıq etmədi – öz əməlləri ilə layiq olduqlarının əzabını daddılar.