Əl-maiDƏ (SÜFRƏ)


ﭑﭒﭓ ﭔﭕﭖﭗﭘﭙ ﭚ ﭛ ﭜﭝﭞﭟﭠﭡ ﭢ ﭣﭤﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ



Yüklə 2,51 Mb.
səhifə209/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   205   206   207   208   209   210   211   212   ...   317
ﭑﭒﭓ ﭔﭕﭖﭗﭘﭙ ﭚ ﭛ ﭜﭝﭞﭟﭠﭡ ﭢ ﭣﭤﭥ ﭦ ﭧ ﭨﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ
(7.156) “Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanma­ğımızı diləyərək), Sənə tərəf (hüzuruna) döndük!” (Allah) bu­yurdu: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmə­tim hər şeyi əhatə edir. Onu Allahdan qorxub pis əməllərdən çəkinən­lərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam,”

(7.157) “o kəslərə ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri elçiyə – oxumağı-yazmağı bilməyən peyğəm­bərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yün­gülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökm­lərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”
Musa (ə) dua edib qurtardıqdan sonra, dedi: “Bu dünyada bizə faydalı biliklər, bol ruzi və saleh əməllər, Axirət həyatında isə Öz mömin dostların və mömin qulların üçün hazırladığını qismət et! Biz yol verdiyimiz qüsurları etiraf edir və bütün niyyətlərimizi Sənə doğru qayıtmaqda görürük!”

Allah ona (ə) cavabında belə buyurdu: “Mən, özləri özlərini məşəqqətlərə məhkum edən bədbəxt günahkarlara Öz cəzamla zərbə endirirəm, Mənim Mərhəmətim isə göyləri və yeri, mömin­ləri və günahkarları, iman gətirənləri və kafirləri əhatə edir. Elə bir məxluq yoxdur ki, Mənim Mərhəmətim ona toxunmasın, Mənim Səxavətimə qərq olmasın. Lakin heç də hər kəsə xüsusi mərhəmətə layiq olmaq nəsib olmur. Xüsusi mərhəmətin nəticəsi – həm bu dünyada və həm də ölümdən sonra səadətə nail olmaqdır. Mən bunu, böyük və kiçik günahlardan çəkinənlərin, vacib zəkatlarını ödəyənlərin və ən kamil surətdə ayələrimizə inananların, onların həqiqi mənasını bilən, işlərində onları əsas tutanların, qəlbən və bədən əzaları ilə dinin əsas və fərdi hökmlərini yerinə yetirərək Peyğəmbərin yolu ilə gedənlərin qismətinə yazacağam”.

Bu ayələrdə söhbət oxumağı və yazmağı bilməyən peyğəmbər barəsin­dədir. Bu – Abdullahın oğlu və Əbdülmütəl­libin nəvəsi – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) idi. İsrail oğulları haqqında nazil edilmiş bu ayələrdən aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman israillilərin haqq dinə gəlməsinin vacib şərti idi. Onlardan həm də məlum olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirənlər və ardınca gedənlər Allahın mərhəmətinə ən geniş mənada layiqdirlər.

Allah Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) savadsız peyğəmbər kimi səciyyələndirir, çünki o (ona Allahın salavatı və salamı olsun!) ərəb idi və nə yazmağı və nə də oxumağı bilməyən savadsız bir icmaya məxsusdu. Quran nazil edilənə qədər ərəblərin heç bir Müqəddəs Kitabı olmamışdı. Onların arasından peyğəmbər çıxacağı barədə öncəgörüm Tövratda və İncildə nazil edilmişdi. O Kitablarda onun (ona Allahın salavatı və salamı olsun!) adı və xüsusiyyətləri xatırlanırdı, həm də bu xüsusiyyətlərdən biri onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatı və qadağaları idi69.

O (ona Allahın salavatı və salamı olsun!), insanları gözəlliyi, salehliyi və faydası tamamilə aydın olan əməllər etməyə çağırırdı. O (ona Allahın salavatı və salamı olsun!), pisliyi ağıl və fəhm ilə müəyyən olunan əməllərin icrasını qadağan etdi. O (ona Allahın salavatı və salamı olsun!), namaz qılmağı və zəkat verməyi, oruc tutmağı və həccə getməyi, qohumluq əlaqələri saxlamağı və valideynlərə yaxşılıq etməyi, qonşular mərhəmət göstərməyi və qullara yardım etməyi, yerdə qalan bütün məxluqlara kömək etmək və həqiqəti deməyi, bakirəliyə və möminliyə riayət etməyi və ətrafdakılara səmimi qəlblə yaxşılıq etməyi və həmçinin digər xeyirxahlıqlar göstərməyi əmr etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), Allaha şərik qoşmağı və haqqı olmadan insanları öldürməyi, zinakarlıq etməyi və məstedici içkilər içməyi, məxluq­ları incitməyi və yalan danışmağı, əxlaqsızlıq etməyi və başqa cinayətlər törətməyi qadağan etdi.

Onun (ona Allahın salavatı və salamı olsun!) hökmləri və qadağaları onun (ona Allahın salavatı və salamı olsun!) həqiqətən də Allahın Elçisi olmasının əzəmətli dəlillərindəndir. Bunun sübu­tu həm də onun (ona Allahın salavatı və salamı olsun!) halal və haramı elan etməsidir. O (ona Allahın salavatı və salamı olsun!), yeyilməsi üçün ən yaxşı qida maddələrini, faydalı içkilərin içilmə­sini və qadınlarla evlənməyi halal etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), zərərli ərzaq yeməyi, zərərli içki içməyi, bəzi qadınlarla nikah bağlamağı, əxlaqsız sözlər işlətməyi və yaramaz hərəkətlərə yol verməyi qadağan etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), yüngül və asan bir din gətirmişdir ki, o ona etiqad edənləri çətinə salmır və onları gücləri çatmayan hökmləri yerinə yetirməyə məcbur etmir.

Möminlər ona (ona Allahın salavatı və salamı olsun!) inanır və ehtiramla yanaşırlar, ona kömək göstərir, cahil­lik və şübhələr zülmətində yolu nurlandıran və istənilən ziddiyyətləri həll edən Müqəddəs Quranın ardınca gedirlər. Onlar hökmən həm bu dünya həyatında və həm də ölümdən sonra uğur və böyük nemət qazanacaqlar və hər cür şərdən xilas olacaqlar, çünki onlar ən əzəmətli bir səbəbdən bərk-bərk yapışmışlar ki, bunun nəticəsi də – böyük müvəffəqiy­yətdir. O kəslər ki, oxumağı və yazmağı bilməyən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən, ona (ona Allahın salavatı və salamı olsun!) ehtiram bəsləməkdən və ona (ona Allahın salavatı və salamı olsun!) yardım göstərməkdən boyun qaçırırlar, ona (ona Allahın salavatı və salamı olsun!) nazil edilən Nurun ardınca getmək istəmirlər, mütləq zərərə uğrayanlardan olacaqlar.
ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ
(7.158) “De: “Ey insanlar! Şüb­hə­siz ki, mən sizin hamınız üçün Allahın elçi­si­yəm. Göy­lərin və yerin hökmranlığı Ona məxsus­dur, Ondan başqa ilah yox­dur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha, Onun yazıb-oxu­maq bil­mə­yən elçisinə və Onun kəlmələrinə ina­nan peyğəm­bərə iman gətirin. Onun ardın­ca gedin ki, bəlkə doğru yola yönələsiniz”70.
Bundan əvvəlki ayədə Allah bildirir ki, İsrail oğullarına Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getmək əmr olunmuşdu və belə bir yanlış təsəvvür yarana bilər ki, onun (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getmək təkcə onlara aid edilmişdir. Bunun belə başa düşülməməsi üçün Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, özünün (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin ərəblərə və qeyri-ərəblərə, Kitab əhlinə və bütün qalan xalqların nümayəndələrinə şamil edilən ümumbəşəri bir vəzifə olması barədə hamıya bəyan etsin.

O (ona Allahın salavatı və salamı olsun!), göyləri və yeri yaradan və onları Kainat və dini qanunları ilə idarə edən Allah tərəfindən göndərilmişdir. Onun dininin qanunlarından biri bəşəriyyətə böyük bir Elçinin gəlməsini tələb edirdi ki, onun (ona Allahın salavatı və salamı olsun!) vəzifəsi bəşəriyyəti Allaha və Allahın mərhəmət diyarına dəvət etməli, onları Ondan və Onun mərhəmət diyarından uzaqlaşdıra bilən hər şeydən xəbərdar etməli idi.

O (ona Allahın salavatı və salamı olsun!), şəriki olmayan və Özündən başqa digər haqq ilah olmayan Allah tərəfindən göndərilmişdi. Ona insanların necə ibadət etməli olduğunu öyrənmək isə ancaq Onun elçiləri vasitəsilə həyata keçirilə bilər. O (Allah) ölüləri dirildir və diriləri öldürür və heç kim Onunla bu hakimiyyətini bölüşdürə bilməz. O, ölümü hər kəsin keçməli olduğu və əbədi aləmə aparan körpü etmişdir. Əgər insan o biri aləmə iman gətirirsə, o hökmən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməlidir.

Allaha bütün qəlbinizlə iman gətirin və öz imanınızı qəlbiniz və vücudunuzla yerinə yetirdiyiniz saleh əməllərinizlə təsdiq edin. Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) – oxuyub-yazmağa öyrədilməmiş peyğəmbərə (ona Allahın salavatı və sala­mı olsun!) iman gətirin, o (ona Allahın salavatı və salamı olsun!) düzgün baxışlara etiqad etmişdir və saleh əməllər sahibi olmuşdur. Onun (ona Allahın salavatı və salamı olsun!) ardınca gedin və siz məhz onda düzgün yola çıxarsınız və dünyəvi və mənəvi aləminizi abadlaşdırmağı bacararsınız. Lakin siz onun (ona Allahın salavatı və salamı olsun!) ardınca getməyi rədd etsəniz, onda hökmən dərin azğınlığa düşmüş olarsınız.

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin