ﯥﯦﯧﯨﯩﯪ ﯫ ﯬ ﯭ
(7.159) “Musanın ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər”.
Onlar insanlara həqiqəti öyrədir, düzgün qərarlar qəbul edir, mübahisələri və anlaşılmazlıqları ədalətlə həll edirlər. Fövqəluca Allah buyurur: “(Çətinliklərə) səbir etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik” (Səcdə, 32/24).
Bu vəhylər təsdiq edir ki, Musa peyğəmbərin (ə) xalqı arasında Allahın iradəsi ilə ətrafdakıları öyüd-nəsihətləri ilə düz yola yönəldən rəhbərlərin olması bu xalqın üstünlüyünü göstərir. Bu hikmətli ayə İsrail oğullarının kamillik və doğru yola bağlılığı ilə bir araya sığmayan qüsurlarını göstərən əvvəlki ayələri tamamlayır. İnsanlarda sadalanan nöqsanların bütün israillilərə məxsus olması kimi yanlış baxışların yaranmaması üçün71 Allah bildirir ki, onların arasında doğru yolla gedən və onu başqa insanlara göstərənlər də var idi.
ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ
(7.160) “Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!”
Allah İsrail oğullarını on iki nəslə bölmüşdü. Bunlar sülh və razılıq şəraitində birgə yaşayan on iki qəbilə idilər. Onların hər biri Yaqub peyğəmbərin (ə) bir oğlundan törəmişdi. Allah bildirir ki, israillilər Musaya (ə) yalvarırlar ki, o (ə), Allaha dua etsin ki, onlara və heyvanlarına içməli su versin. Yəqin ki, bu əhvalat onlar, demək olar ki, içməli suyu olmayan ərazidə ikən baş vermişdi, amma bu barədə ən doğrusunu bilən Allahdır. O, onların yalvarışını qəbul etdi və əlindəki əsanı daşa vurmağı Musaya (ə) təlqin etdi. Belə bir rəy mövcuddur ki, həmin daş müəyyən olunmuş bir daş idi. Amma başqa bir şərhə görə bu, istənilən daş ola bilərdi.
Musa (ə) əsası ilə daşa vurduqda, ondan on iki çeşmə fışqırdı. Onlar İsrail oğullarının on iki qəbiləsi arasında bölüşdürüldü və hər qəbilə kimin haradan su içəcəyini artıq bilirdi. Onlar narahatçılıqdan asudə oldular, istirahət etməyə imkan tapdılar və daha bir yerə yığışmırdılar. Bütün bunlar Allahın onlara qarşı kamil mərhəmətinin təzahürü idi.
Allah buludlara hökm etdi ki, yandırıcı günəşin qabağını kəsərək onları kölgələndirsin və sonra onlara qüdrət halvası və bildirçinlər nazil etdi. Bu quşların əti çox dadlı və xoşməzə idi. Bütün deyilənlərdən aydın olur ki, Allah İsrail oğullarına sərinlədici kölgə, xoşagələn içki, ət yeməyi və şirniyyat bəxş edir. Onlara, öz taleyi üçün heç bir narahatlıq keçirmədən, bu nemətlərdən ancaq ləzzət almaq qalırdı. Lakin onlar Allaha şükür etməkdən və Onun qarşısında öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırdılar. Bu rəftarları ilə onlar Allahı incitmədilər – təkcə özlərinə qarşı zalımcasına davrandılar. Onlar bütün nemətlərdən məhrum oldular və özlərini müsibətlərə və məşəqqətlərə məhkum etdilər ki, bu da, onlar səhrada didərgin dolaşdıqları zaman qismətlərinə düşməklə özünü göstərdi.
Dostları ilə paylaş: |