ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ (7.171) “Bir zaman dağı (Tur dağını) yerindən qoparıb onların (İsrail oğullarının) başı üstünə kölgəlik (tavan) kimi qaldırmışdıq və onlar da elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, orada olanları yada salın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz!” – demişdik”. İsrail oğulları Tövratda nazil edilənləri qəbul etməkdən boyun qaçırdıqda, Qüdrətli Allah dağı onların üzərinə qaldırdı və əmr etdi ki, nazil etdiyi hökmlərini yerinə yetirsinlər. Onlara əmr olunmuşdu ki, Kitabdan möhkəm yapışsınlar, onu öyrənsinlər və hökmlərini səylə yerinə yetirsinlər. Ancaq belə olduqda onlar təqva sahibi ola bilərdilər.