ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ (8.43) “O zaman Allah röyanda sənə onları (düşmənləri) az göstərirdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə-boğaz olardınız. Lakin Allah sizi (düşmənin təhlükəsindən) salamat qurtardı. O, həqiqətən, ürəklərdə olanları biləndir!” Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yuxuda müşrikləri azsaylı göstərdi və bundan sonra Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz səhabələrini sevindirərək, ürəklərini sabitləşdirdi və onlara sakitlik və inam gətirdi. Əgər Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onları çoxsaylı görsəydi və bu barədə səhabələrinə xəbər versəydi, onlardan bəziləri döyüşə girmək istəyər, digərləri isə geri dönmək qərarına gələrdilər. İxtilaf ona gətirib çıxarardı ki, müsəlmanlar ruhdan düşər və zəifləyərdilər. Lakin Fövqəluca Allah onlara lütfkarlığını göstərdi və onları belə höcətləşmələrdən qorudu. Ruhən möhkəm olanlar və qəm-qüssəyə qapılmağa hazır olanlar, həqiqəti danışanlar və yalan söyləyənlər də Allaha məlumdur. Allaha möminlərin qəlbində gizli qalan keyfiyyətləri də məlum idi və bunun sayəsində onlar Allahın Öz mərhəmətinə və qayğısına layiq görülmüşdülər.