ﮯ ﮰﮱ ﯓﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ (8.50) “(Ey Elçim!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: “Dadın atəşin əzabını!” – deyib canlarını alanda görəydin!”
(8.51) “Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!” Mələklər kafirlərin canını almağa gələndə, sən onların narahatlığını və həyəcanını görəydin. Mələklər onların üzünə və kürəklərinə vuraraq deyirlər: “Çıxın!” Kafirlərin ruhu canlarından ayrılmaq istəmir, çünki başa düşürlər ki, irəlidə onları məşəqqətli cəza gözləyir. Onlara belə deyilir: “Yandırıb-yaxan dəhşətli cəzanı dadın! Rəbbiniz sizə zülm etmir, axı siz çoxsaylı cinayətlər törətmisiniz və belə aqibətə layiqsiniz”.