ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ
(8.53) “(Kafirlərə verilən) bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neməti (naşükürlük üzündən küfrə) dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir. Həqiqətən, Allah (hər şeyi) Eşidəndir, Biləndir!87
Allah kafir xalqları cəzalandırdı, onları nemətdən və firavanlıqdan məhrum etdi. Bunu ona görə etdi ki, onlar günah işlər görmüş və nəfslərində olanları dəyişdirmişdilər. Allah insanları heç vaxt onlara verdiyi nemətdən, onlar Ona itaətsizlik göstərməyənə qədər, məhrum etmir. Onlar Onun nemətini inkar etməyə başladıqda və bu nemətə naşükürlüklə cavab verdikdə, O, onları maddi nemətlərdən məhrum edir. Onlar özlərini dəyişdikcə, O da onların rifahını dəyişir. Allah belə etməklə Öz ilahi hikmətinə istinad edir, qullarına qarşı ədalətlilik və rəhmlilik göstərir. O, Öz qulları ilə zülmkarcasına davranmır, lakin onlar Onun hökmlərinə itaətsizlik göstərəndə onlara cəzasını daddırır və beləliklə, iman gətirənlərin qəlbini Özünə cəlb edir.
Onun gözəl adları arasında Eşidən, Bilən adları haqqında. O, məxluqlarının ürəyindən keçirdiyi və ya ucadan söylədiyi bütün sözləri eşidir. O, onların ən gizli fikirlərini və sirlərini bilir və hadisələri Öz elminə və İlahi iradəsinə əsasən öncədən müəyyənləşdirir.
Dostları ilə paylaş: |