ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ (8.62) “Əgər onlar səni aldatmaq istəsələr, (qorxma və bil ki, onların şərindən və məkrindən qorumağa) sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi”.
(8.63) “O, onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, Qüdrətlidir, Müdrikdir”92.
Allah səni bütün xoşagəlməz hallardan qoruyacaq. O, sənin maraqların və ehtiyaclarının təmin olunmasının qayğısını çəkir. O, səni dəfələrlə qorumuş və sənə yardım etmişdir və sən Onun səni müdafiə edəcəyinə əmin ola bilərsən. O, sənə göylərdən kömək göstərmiş və bundan sonra heç kim sənə müqavimət göstərə bilməmişdir. O, həmçinin sənə kömək edən möminləri ətrafında cəmləşdirmişdir. O, onların qəlbini bir-birinə yaxınlaşdıraraq onları birləşdirmiş və bunun sayəsində onların gücü dəfələrcə artmışdır. Məxluqların səyi nəticəsində buna nail olmaq mümkün deyildi, çünki buna, Allahdan başqa, heç kim qadir deyildir. Əgər sən yerdə olan bütün qızılları və gümüşləri, habelə digər qiymətli şeyləri sərf etsəydin də, bir-birindən ayrı düşmüş və dağınıq halda olan insanların ürəklərini bir-birinə beləcə yaxınlaşdıra bilməzdin, sən onsuz da buna nail ola bilməzdin. Bil ki, təkcə Fövqəluca Allah məxluqlarının ürəklərini çək-çevir edə bilir. Öz qüdrəti sayəsində O, mömin müsəlmanların ürəklərini birləşdirdi və onların dağınıqlığına son qoydu. Fövqəluca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz” (Ali-İmran, 3/103)93.