ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ
(8.66) “(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!”
Allah möminlərin vəzifəsini asanlaşdırdı, çünki O, onların zəif olduğunu bilirdi. Onun rəhmi və müdrikliyi Onu öncə xatırladığımız hökmü asanlaşdırmağa sövq etdi və O, bildirdi ki, bundan sonra yüz səbirli müsəlman kafirlərdən iki yüz nəfərin, min səbirli müsəlman isə iki min kafirin öhdəsindən gələ bilər. Allah səbirliləri tərk etmir, daima onlara kömək və yardım göstərir.
Bu və bundan əvvəlki ayələrdəki hekayətlərdən aydın olur ki, əgər möminlərin qoşunlarının sayı müəyyən həddə çatarsa, onlar müəyyən sayda kafirləri darmadağın edə bilərlər. Həm də həmin ayələrdən məlum olur ki, Allah möminlərə onların imanı ilə bağlı olan cəsurluq bəxş etmişdir. Lakin bu vəhylərin əsil mənası ondadır ki, əvvəlcə Allah bir müsəlmanın on nəfər kafirin, on müsəlmanın – yüz kafirin və yüz müsəlmanın min kafirin qarşısından qaçmasını qadağan etdiyi halda, sonradan Allah bu hökmü yüngülləşdirir və müsəlmanlara kafirlərin sayı onlardan cəmi iki dəfə artıq olduqda onların qarşısından qaçmağı qadağan edir. Əgər kafirlərin sayı müsəlmanlarınkından iki dəfədən artıq olarsa, onda onlara geri çəkilməyə icazə verilir. Amma bu iddia iki şərtlə təkzib olunur.
Birincisi, şərh etdiyimiz vəhylər hekayət formasındadır və hər hansı hekayət ancaq xatırlanan mətn çərçivəsində nəzərdən keçirilməlidir. Deməli, bu ayələrdə Allah Öz mərhəmətini qullarının yadına salmışdır və nələrin baş verəcəyini xəbər vermişdir.
İkincisi, bu ayələrdə müəyyən sayda səbirli döyüşçülərdən bəhs edilir ki, onlar müxtəlif şəraitdə dözümlülük göstərməyə alışdırılmış olsunlar. Deməli, əgər döyüşçülər səbirli deyillərsə və əgər hətta düşmən öz sayına görə onlardan iki dəfədən də azdırsa, buna baxmayaraq onlar döyüşün davam etdirilməsinin onların məğlubiyyəti ilə nəticələnəcəyini hesab edirlərsə, o halda onlara geri çəkilməyə icazə verilir. Şübhəsiz ki, bu şərh ilahi müdrikliyə uyğundur, lakin onu təkzib etmək mümkündür.
Birinci iddia Allahın müsəlmanların yükünü yüngülləşdirməsi haqqındakı sözləri ilə təkzib edilir. Bu o deməkdir ki, ayədə xatırlanan hökm qətidir və yerinə yetirilməlidir. Əgər Allah deyibsə ki, O, müsəlmanların vəzifələrini yüngülləşdirmişdir, onda nazil edilmiş ayə, hekayət formasında olsa da Allahın hökmüdür.
Habelə qeyd etmək lazımdır ki, vəhyin hekayət formasında olması bu hökmə xüsusi bir cazibədarlıq bəxş edir ki, ayə əmr formasında nazil edilsəydi, həmin özəlliyindən məhrum ola bilərdi. Bu özəllik ondan ibarətdir ki, Allah möminlərin ürəklərini möhkəmlədərək, onların kafirlər üzərində mütləq qələbə çalacağını xəbər verir.
İkinci iddianın təkzib olunmasını təsdiq edən səbirli döyüşçülər haqqında xatırlatmadır ki, o, sadəcə, müsəlmanları səbirli olmağa çağırır və onları dözümlü və səbirliliyə yönəldən işlər görməyə sövq edir. Əgər müsəlmanlar belə əməllər etsələr, onda mənəvi və maddi şərait onların Allahın iradəsi ilə, az sayla da olsa, qələbə çalacaqlarına dəlalət edəcəkdir.
Dostları ilə paylaş: |