Əl-maiDƏ (SÜFRƏ)


ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ



Yüklə 2,51 Mb.
səhifə302/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   298   299   300   301   302   303   304   305   ...   317
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ
(8.70) “Ey Peyğəmbər! Əlinizə düşən əsir­lərə de ki: “Allah qəl­binizdə xe­yirxahlıq görsə, siz­dən alınandan daha xeyirli­sini sizə verər və sizi ba­ğışlayar. Allah Bağışlayandır, Rəhm­lidir!”97
Bu ayə Bədr döyüşündə əsir düşmüş bir sıra insanlarla əlaqədar olaraq nazil edilmişdir. Əsirlərdən biri Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmisi əl-Abbas idi. Müsəlmanlar ondan azad edilməsi üçün fidyə tələb etdikdə, o bildirdi ki, bundan əvvəl İslamı qəbul etmişdir. Lakin müsəlman­lar öz dediklərindən əl çəkməyərək ondan ötrü fidyə verilməsini tələb edirdilər və elə bu vaxt Fövqəluca Allah həmin ayəni nazil etdi və İslamı qəbul edənlərə, lakin müşriklər tərəfində vuruşmağa məcbur olanlara təsəlli oldu. Öz azadlığı üçün onlar nə qədər pul versələr də, əgər onların ürəyində həqiqətən xeyirxahlıq olarsa, Allah onlara verdiklərindən daha böyük mükafat əta edəcəyinə söz verdi. Bununla yanaşı Allah onlara günahlarını bağışlayacağını və onları Cənnət bağlarına daxil edəcəyini vəd etdi.

Sonradan Allah əl-Abbasa və bir sıra digər qüreyşlilərə vəd etdiyini yerinə yetirdi. Bir dəfə, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) çoxlu ianə gətirdikləri zaman əl-Abbas onun (ona Allahın salavatı və salamı olsun!) yanına gəldi. O (ona Allahın salavatı və salamı olsun!), ona özü ilə nə qədər apara bilərsə, götürməsini əmr etdi. O, o zaman ianədən o qədər götürmüşdü ki, evinə çətinliklə aparmışdı.



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin