“Əsasən camaat üçün vacib olan” – ifadəsi ilə, şəriət termini olan fərzi-kifayə deyilən və müsəlmanların müəyyən bir hissəsi camaat halında onu yerinə yetirdikdə, digər müsəlmanlar üçün vacib olmayan ibadət ayini nəzərdə tutur. F.S.
15 Yaxın ətrafda su axtarmadan onun olmaması qərarını qəbul etmək yolverilməzdir. F.S.
16 İmam əl-Kurtubi (Allah ona rəhmət etsin) bu ayənin şərhində yazır: “Bu ayə onu göstərir ki, imansızın kafirliyi ona qarşı ədalətli yanaşmaya maneə yaratmır”. (Bax: “Təfsir əl-Kurtubi”, 5/85). F.S.
17 Şeyx əs-Səədinin bu müddəası ilə əlaqədar Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bir ifadəsi yerinə düşür: “Hər bir insan üçün (zəruri olan) – hər şeyə və hər kimə qarşı ədalətli olmasıdır. Həmçinin hər bir insan üçün ədalətsizlik özünün bütün formalarında və hər bir kəsə qarşı, istər müsəlman olsun, istər kafir və yaxud zülmkar olsun, qadağandır”. Macmuul-fətava. F.S.